Azərbaycan-Rusiya strateji
tərəfdaşlıq əlaqələri
uğurla inkişaf edir
Mayın 7-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinə telefonla
zəng edib.
Dövlətimizin başçısı Vladimir Putini
Rusiya Federasiyasının
Prezidenti vəzifəsinin
icrasına başlaması
münasibətilə təbrik
edib, ona Rusiya xalqının firavanlığı naminə
fəaliyyətində yeni
uğurlar arzulayıb. Dövlətimizin başçısı, eyni
zamanda, Rusiya Prezidentinə qarşıdan
gələn 9 May - Qələbə
günü münasibətilə
də təbriklərini
çatdırıb.
Prezident Vladimir Putin təbrikə
və göstərilən
diqqətə görə
Prezident İlham Əliyevə minnətdarlığını
bildirib və öz növbəsində
dövlətimizin başçısını
qarşıdan gələn
9 May - Qələbə günü
münasibətilə təbrik
edib.
Prezident İlham Əliyev təbrikə görə təşəkkür edib.
Söhbət zamanı dövlət başçıları Azərbaycan-Rusiya
strateji tərəfdaşlıq
əlaqələrinin uğurlu
inkişafını qeyd
edib, ikitərəfli münasibətlərimizin perspektivləri
ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan.- 2018.-8 may.- S.2.