Futbol üzrə UEFA Avropa
Liqasının final oyununun
2019-cu ildə Bakı şəhərində keçirilməsi
ilə əlaqədar Təşkilat Komitəsinin
yaradılması haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycanın artan beynəlxalq nüfuzu və idmana dövlət qayğısı sayəsində hər il ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilir. Belə yarışlar sırasında futbol xüsusi yer tutur. 17 yaşınadək qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə və 17 yaşınadək kişilər arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir. Eyni zamanda, ölkəmiz 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununa (üç qrup və bir 1/4 oyunu) evsahibliyi edəcək.
2017-ci il sentyabrın 20-də Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Nüfuzlu turnirin final oyununun Bakı şəhərinə həvalə edilməsi ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə beynəlxalq və Avropa futbol qurumları tərəfindən verilən yüksək qiymətin göstəricisidir.
Bu oyunların Bakıda təşkili futbolun daha da inkişafına, ölkəmizdə idman sahəsində həyata keçirilən dövlət siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacaqdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ilin may ayında Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
Yaqub Eyyubov - Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini
Təşkilat Komitəsinin
sədr müavini
Rövnəq Abdullayev
- Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının
Prezidenti, UEFA Avropa Liqasının final oyununun
Bakı şəhərində
keçirilməsi ilə
bağlı əməliyyat
işlərinin rəhbəri
Təşkilat Komitəsinin
üzvləri
Yusuf Məmmədəliyev
- Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının
Gənclər siyasəti
və idman məsələləri şöbəsinin
müdiri
Azad Rəhimov - Azərbaycan Respublikasının
gənclər və idman naziri, Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Elmar Məmmədyarov
- Azərbaycan Respublikasının
xarici işlər naziri
Ramil Usubov - Azərbaycan Respublikasının
daxili işlər naziri
Kəmaləddin Heydərov
- Azərbaycan Respublikasının
fövqəladə hallar
naziri
Şahin Mustafayev
- Azərbaycan Respublikasının
iqtisadiyyat naziri
Samir Şərifov - Azərbaycan Respublikasının
maliyyə naziri
Mikayıl Cabbarov
- Azərbaycan Respublikasının
vergilər naziri
Oqtay Şirəliyev
- Azərbaycan Respublikasının
səhiyyə naziri
Əbülfəs Qarayev -
Azərbaycan Respublikasının
mədəniyyət naziri
Ramin Quluzadə - Azərbaycan Respublikasının
nəqliyyat, rabitə
və yüksək texnologiyalar naziri
Ceyhun Bayramov
- Azərbaycan Respublikası
təhsil naziri
Səfər Mehdiyev
- Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsinin sədri
Mədət Quliyev -
Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi
Elçin Quliyev - Azərbaycan
Respublikası Dövlət
Sərhəd Xidmətinin
rəisi
Vüsal Hüseynov
- Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidmətinin rəisi
Cahangir Əsgərov
- “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
prezidenti
Etibar Pirverdiyev
- “Azərenerji” Açıq
Səhmdar Cəmiyyətinin
prezidenti
Balababa Rzayev -
“Azərişıq” Açıq
Səhmdar Cəmiyyətinin
sədri
Çingiz Hüseynzadə
- Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Anar Ələkbərov
- Heydər Əliyev Mərkəzinin direktoru
Vüsal Kərimli
- Bakı Nəqliyyat Agentliyinin direktoru
Elxan Məmmədov -
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının
Baş katibi, UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi
üzrə əlaqələndirici
2. Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində
keçirilməsi ilə
bağlı bütün
təşkilati işlərin
icra olunması, UEFA ilə əlaqələndirmə
işlərinin aparılması
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına
həvalə olunsun.
3. Azərbaycan
Futbol Federasiyaları Assosiasiyası futbol üzrə UEFA Avropa Liqasının final oyununun
2019-cu ildə Bakı
şəhərində keçirilməsi
ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə
təqdim etsin.
4. Azərbaycan
Futbol Federasiyaları Assosiasiyası futbol üzrə UEFA Avropa Liqasının final oyununun
2019-cu ildə Bakı
şəhərində keçirilməsi
ilə bağlı zəruri məsələləri
həll etsin.
5. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 7 may 2018-ci il
Azərbaycan.- 2018.- 8 may.- S.2.