Bakı şəhəri Xəzər Rayon
Məhkəməsinin hakimi
S.İ.Mayılovun iş yerinin
dəyişdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrini rəhbər tutaraq qərara alıram:
1. Samir İlham oğlu Mayılov Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Goranboy Rayon Məhkəməsinin hakimi təyin edilsin.
2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
7 may 2018-ci il
Azərbaycan.- 2018.- 8 may.- S.2.