Ağdaş rayonunun Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad
avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. On üç
min nəfər əhalinin
yaşadığı 7 yaşayış
məntəqəsini birləşdirən
Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad
avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il
dövlət büdcəsinin
dövlət əsaslı
vəsait qoyuluşu xərclərinin bölgüsündə
avtomobil yollarının
tikintisi və yenidən qurulması üçün nəzərdə
tutulmuş vəsaitin
9,6 milyon (doqquz milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi bu sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
7 may 2018-ci il
Azərbaycan.- 2018.- 8 may.- S.2.