İsmayıllıda Heydər Əliyevin 95 illiyinə həsr olunan elmi konfrans keçirilmişdir

 

İsmayıllıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Dünən İsmayıllı Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdirmövzusunda birgə keçirdiyi elmi konfrans əhatə dairəsi və elmi tutumu ilə diqqət çəkib.

Şəhər mədəniyyət mərkəzinin böyük zalında keçirilən elmi konfransda əvvəlcə ümummilli lider Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilib. Sonra tədbiri giriş nitqi ilə rayon icra hakimiyyətinin başçısı, iqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqov açıb  mövzuya dair məruzə edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Arif Şəkərəliyev, həmin universitetin professoru, iqtisad elmləri doktoru Qabil Manafov ümummilli lider Heydər Əliyevin iqtisadi strategiyasının nəzəri əsaslarından, praktik nəticələrindən, ölkəni 1990-cı illərin əvvəllərində daha da dərinləşmiş iqtisadi və maliyyə böhranlarından bacarıqla xilas etməsi yollarından danışıblar.

Milli Məclisin deputatı Tahir Kərimli isə çıxışında ümummilli liderin SSRİ dövründəki fəaliyyətindən, Azərbaycana yenidən rəhbər gəldikdən sonra çoxistiqamətli xilaskarlıq missiyasından, iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla davam etdirilməsindən danışıb.

Sonda Mirdaməd Sadıqov bildirib ki, ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbirlər davam edirrayonun bütün yaşayış məntəqələrində, ümumtəhsil müəssisələrində keçirilir.

Ulu öndərə həsr olunmuş şeirlərin ifası konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

 

Ə.SƏLİMOV

 

Azərbaycan.- 2018.- 8 may.- S.8.