223-cü atıcı diviziyanın sonuncu mogikanı

 

İkinci Dünya müharibəsi bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır dəhşətli dövrü kimi tarixdə qaldı. Azərbaycan xalqının həmin müharibədə göstərdiyi əzmkarlıq qəhrəmanlıqları isə yaddaşlara qanla, ağrı-acılarla yazıldı. Azərbaycan o zaman hərbi əməliyyat meydanına çevrilməsə , müharibənin əvvəlindən sonunadək fəal iştirakçı oldu. Həmin illər ərzində ölkəmizin bütün maddi mənəvi sərvətləri, canlı qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi. Müharibənin ilk illərində Azərbaycanın 4 mindən çox igid oğul qızı faşizmə qarşı mübarizə aparmaq üçün könüllü olaraq cəbhəyə getmək üçün hərbi komissarlıqlara müraciət etdi.

1941-ci ildə 223-cü milli atıcı diviziya da Böyük Vətən müharibəsində həlledici döyüşlərdə iştirak etmiş, şəxsi heyətinin qəhrəmanlığı ilə tanınmışdı. Diviziyanın əsgər zabitlərindən 3483 nəfər orden medallarla təltif edilmişdir.

223-cü diviziyanın yeganə, sonuncu döyüşçüsü, ömrünün 96-cı fəslini yaşayan həmyerlimiz Zülfəli Əliyev 1922-ci il iyun ayının 1-də Sabirabad rayonunun Qaralar kəndində anadan olub. Sinəsi orden medallarlaalışıb-yanandigər azərbaycanlı döyüşçü yoldaşları kimi, o da xalqımızın igidlik mücəssəməsidir.1942-ci ilin yanvarında Zülfəli Əliyev yenicə yaradılan 223-cü atıcı diviziyanın sıravi döyüşçülərindən olub. Döyüş yolu 1942-ci ilin yayında Şimali Qafqazdan başlayıb, Ukrayna Moldoviyadan, Bolqarıstan Yuqoslaviyadan, həmçinin Macarıstandan keçərək, Avstriyanın paytaxtı Vyanaya qədər uzanmışdı. Bu diviziya 1945-ci il mayın 9-da Çexoslovakiyaya daxil olmuşdur. Diviziya 50-dən artıq çay keçmiş, düşmənin 45 min nəfər döyüşçüsünü məhv etmiş, 4 min 350 nəfərini isə əsir almışdı. Bu, 10 alman diviziyasının əsgəri demək idi.

Əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə 223-cü diviziyanın döyüşçüsü olmuşdu. Göstərdiyi döyüş hünərinə görə Azərbaycanın 223-cü diviziyasına Belqrad diviziyası adı verilmişdi. Diviziyanın zəfər yürüşündə Zülfəli Əliyev 2 orden, 9 medalla təltif edilmişdi.

Belqrad şəhərinin faşist işağlçılarından azad edilməsində Z.Əliyev xüsusi fədakarlıq göstərib. Onun bu xidməti qələbədən 70 il sonra da unudulmayıb. Dövlətimiz tərəfindən qəhrəmanın yubileyləri daim qeyd edilir. O, el ağsaqqalı, qəhrəman veteran kimi daim diqqət mərkəzindədir.

Xatırladaq ki, Z. Əliyev 1995-ci il aprelin 7-də Qələbənin 50 illiyi ilə əlaqədar ümummilli lider Heydər Əliyevin müharibə veteranları ilə keçirdiyi görüşdə çıxış etmiş, həmin il 9 May - Qələbə Günü münasibəti ilə ulu öndər, 2005-ci ildə isə Azərbaycan Prezidenti İlham Əliyev ilə Moskvada keçirilən hərbi paradın iştirakçısı olmuşdur.

Qocaman veteran serb xalqının da adını fəxrlə çəkdiyi igid döyüşçülərdəndir. Məhz bu səbəbdəndir ki, müharibə haqqında hazırlanan televiziya verilişlərində, sənədli filmlərdə onun xatirələri xüsusilə lentə alınır. Serbiyanın ölkəmizdəki sabiq fövqəladə səlahiyyətli səfiri Zoran Vayoviç qəhrəman veteranı unutmayıb, onun yubiley tədbirlərində iştirak edib, haqqında ürək dolusu danışıb.

Sevindirici haldır ki, şərəfli döyüş yolu keçən Z.Əliyev ömrünün yüzə yaxın dönəmində Sabirabad rayonunun ictimai həyatında fəal iştirak edir. Gənclərin hərbi-vətənpərvərlik ruhunda yetişməsi üçün bacarıq təcrübəsini əsirgəmir. RespublikaAhıllara Tənhalara Dəstəkİctimai Birliyinin sədri Ruhiyyə Məmmədova şanlı döyüş yolu keçmiş veteranın vətəndən uzaqlarda, Serbiyada da məşhur olması həmin dövlət tərəfindən ona diqqət qayğı göstərilməsi barədə fikirlərini bölüşərkən dedi: “Zülfəli Əliyevin həyatı döyüş yolu Azərbaycan gəncləri üçün örnəkdir. Onun həyat salnaməsindən bəhs edən, qəhrəmanın ata-baba yurdu Sabirabadda təqdimatı keçirilənXəzərdən Dunayasənədli filmində bütöv bitkin bir ömür yolundan söz açılır. Serbiya Respublikasının ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri Neboyşa Rodiçin tədbirdə üzünü sabirabadlılara tutaraq dediklərindən bəzi məqamlara diqqət yetirsək, fikrimizi əsaslandıra bilərik: “Siz yaşlı olsa da, son dərəcə enerjili sağlam ruhlu sabirabadlı Zülfəli Əliyevi tanıyırsınızmı? O, etibarlı həyat yoldaşı, gözəl ata fəxr ediləsi babadır. Bir qolunu itirsə , dünyanın bütün sevgisinə malik bir insandır. O, halından heç zaman şikayət etməmişdir, hətta azadlıq uğrunda döyüşlərə qatılmaq üçün dövlət tərəfindən çağırılanda belə. İkinci Dünya müharibəsində düşmənə qarşı mübarizədə döyüş yolunu bütünlüklə keçdi. Qorxmaz cəsarətli dostları ilə bərabər uzun bir döyüş yolu qət edərək keçmiş Yuqoslaviyaya çatdı. Orada milli ordunun partizanları məşhur 223-cü Belqrad diviziyasından olan dostları ilə birlikdə indiki Serbiya Respublikasının paytaxtı Belqrada qələbə gətirdi. Yuqoslaviyalı partizanlarla birlikdə sabirabadlı Zülfəli Əliyev yüzlərlə həmvətənləri ilə Avropa boyunca irəliləmiş vücudunun bir hissəsini gələcək azadlıq, millətlərarası sevgi dostluq uğrunda qurban vermişdir. Mənim ölkəmdə - Serbiyada Zülfəli Əliyevi yaxşı tanıyırlar. Hər kəs bu qorxmaz cəsur Azərbaycan döyüşçüsünü sevir”.

Müharibənin od-alovundan keçmiş Zülfəli Əliyev xatırladır ki, 223-cü diviziya 30 ay ərzində 5 min kilometrdən çox döyüş yolu keçmiş, düşmənin 45000 nəfər döyüşçüsünü məhv etmiş, 4350-sini isə əsir almışdır. Bu, 10 alman diviziyasının şəxsi heyəti deməkdir. Əfsanəvi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 223-cü diviziyanın döyüşçüsü olması ilə Zülfəli baba da qürur hissi keçirir.

Zülfəli Əliyevin ailəsində böyüyənlərdən biri BDU-nun müəllimi, “Peşəyönümlü Təhsilin İnkişafına Dəstəkictimai birliyin sədri İradə Əlilidir. Qəhrəmanın qızı bildirdi ki, atasının fəxri vətəndaşı sayıldığı ölkələrin mətbuatında da dəfələrlə onun göstərdiyi şücaətlər barədə məqalələr dərc edilib: Şərəfli döyüş yolu keçmiş 223-cü atıcı diviziyanın qəhrəmanlarından birinin övladı olmaq xoşbəxtlikdir. Diviziyanın zəfər yürüşündə atamın da payı böyük olmuşdur. Ona görə yüksək mükafatla təltif edilmişdir. İki qızı, iki oğlu, 9 nəvə 10 nəticəsi var ki, hər biri onu ürəkdən sevir. Belə ata ilə fəxr etməyə dəyər. Atamın döyüş yolu həyatı örnək kimi daim öyrənilir təbliğ edilir. Bundan qürur duyuruq”.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2018.- 8 may.- S.10.