Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Baş Prokurorluqda konfrans keçirilib

 

Mayın 8-də Baş Prokurorluqda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilən “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsimövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı giriş nitqi ilə açan baş prokuror Zakir Qaralov ötən əsrin 60-cı illərindən başlayaraq ölkəmizin 30 ildən artıq bir dövrünü əhatə edən ən yeni tarixininbu dövr ərzində müstəqil dövlət kimi formalaşan Azərbaycan Respublikasının və xalqımızın taleyinin Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, bu müddət ərzində Ulu Öndər tərəfindən həyata keçirilən möhtəşəm dövlətçilik tədbirlərinin nəticəsində azərbaycançılıq ideyası ətrafında birləşərək, siyasiiqtisadi müstəqilliyə nail olan xalqımız hüquqi dövlətdə, milli dəyərlərə əsaslanan vətəndaş cəmiyyətində layiqli yaşamaq imkanı əldə edib. Müxtəlif siyasi quruluşların mövcudluğu şəraitində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondan ibarətdir ki, o, sovet dönəmində ölkəmizin gələcək müstəqilliyinin möhkəm iqtisadi əsaslarını yaratmaqla xalqımızı öz suverenliyi uğrunda mübarizəyə hazırlamağı bacarıb, dövlət müstəqilliyimizin itirilməsi və ölkəmizin parçalanması təhlükəsi yarandığı bir dövrdə xaricidaxili qüvvələrin məkrli cinayətkar hərəkətlərinin qarşısını almaqla sabitlik və əmin-amanlıq şəraiti yaradıb, daha sonra Azərbaycanın inkişaf etmiş bir ölkəyə çevirilməsini şərtləndirən misli görünməmiş quruculuq işləri həyata keçirib.

Baş prokuror qeyd edib ki, doğma xalqına və millətinə təmənnasız xidməti həyatının mənası və məqsədi kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin formalaşdırılması və daha da möhkəmləndirilməsi uğrunda mübarizə meydanında olub və millətinə rəhbərlik edib. Bu yolda çox böyük maneələrlə rastlaşmasına, fiziki cəhətdən məhv edilmək təhlükəsinə, çoxsaylı sui-qəsd və terror cəhdləri ilə üzləşməsinə baxmayaraq, Heydər Əliyev öz siyasi müdrikliyi, polad iradəsi və qətiyyəti, ən əsası - xalqının dəstəyi nəticəsində doğma Azərbaycanı bugünkü və gələcək nəsillər üçün qoruyub saxlamış və müstəqil inkişaf yoluna çıxarıb. Bildirilib ki, müstəqil Azərbaycan Respublikasının mühüm dövlət təsisatlarından biri olan milli prokurorluq orqanları bugünkü vəziyyətdə mövcudluğuna və yenidən formalaşmasına görə ilk növbədə, xalqımızın ümummilli lideri Heydər Əliyev şəxsiyyətinə borcludur. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən bir qurum kimi dövlət idarəçiliyi sistemində öz layiqli yerini tutması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olub.

Diqqətə çatdırılıb ki, Heydər Əliyevin 2000-ci il 26 aprel tarixdə respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi müşavirə prokurorluğun tarixində əsl dönüş nöqtəsi olub. Ulu Öndərin həmin müşavirədəki tövsiyə və göstərişləri məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda görülməsi vacib olan işlərin əsas istiqamətlərini müəyyənləşdirib. Həyata keçirilən tədbirlər sayəsində prokurorluğun müasir məzmunda yeniləşdirilməsi, mövcud neqativ təzahürlərin aradan qaldırılması, yüksək standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması mümkün olub.

Xüsusi vurğulanıb ki, əldə etdiyi bütün uğurlara görə, ilk növbədə, ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinə və rəhbər kimi hərtərəfli qayğısına minnətdar olan Azərbaycan Respublikası Prokurorluğunun kollektivi dahi şəxsiyyətin xatirəsini həmişə əziz tutur və yüksək ehtiram göstərir. Baş prokuror diqqətə çatdırıb ki, bu gün Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir, fəaliyyətinin müasir standartlar səviyyəsində təkmilləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunur.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi-sədr müavini Əli Əhmədov ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinin xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd edilməsinin dahi şəxsiyyətin xatirəsinə hörmət və ehtiramın göstəricisi olmaqla yanaşı, mühüm dövlətçilik ənənəsinə çevrildiyini diqqətə çatdırıb. Bu yüksək ehtiramın ulu öndər Heydər Əliyevin vətən və xalq qarşısında misilsiz xidmətlərinə görə dərin minnətdarlığın nümunəsi olduğunu vurğulayan Baş nazirin müavini diqqətə çatdırıb ki, Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük azərbaycanlıdır. Müasir Azərbaycan tarixinin bütöv bir qərinəsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən Əli Əhmədov qeyd edib ki, bu illər Azərbaycanın sürətli inkişafı, tərəqqisi və yüksəlişi ili olub. Ümummilli lider Heydər Əliyevin sovet dövründə ölkəmizə rəhbərliyi illərində Azərbaycanın sürətlə inkişaf edərək keçmiş SSRİ-nin qabaqcıl respublikalarından birinə çevrildiyini vurğulayan Baş nazirin müavini Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, ölkənin sürətli inkişaf yoluna çıxarılmasında dahi rəhbərin misilsiz xidmətlərindən bəhs edib. Diqqətə çatdırıb ki, məhz bu xidmətlərinə görə Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur.

Ulu Öndərin xilaskarlıq missiyasında digər sahələrlə yanaşı, ictimai-siyasi sabitliyin, qanunun aliliyinin təmin edilməsinin də mühüm yer tutduğunu xatırladan Əli Əhmədov Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi sayəsində Azərbaycanın bu gün dünyada ən sabit ölkələrdən biri kimi tanındığını vurğulayıb. Diqqətə çatdırıb ki, bu sahədə dövlət siyasətinin uğurla həyata keçirilməsi üçün etibarlı zəminin hazırlanmasında hüquq mühafizə orqanlarının, o cümlədən prokurorluq orqanlarının səmərəli və qətiyyətli fəaliyyətini xüsusi qeyd edib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin Azərbaycanın çoxəsrlik milli dövlətçilik tarixində ən qüdrətli və nadir dövlət xadimlərindən olduğunu vurğulayıb. Akademik ulu öndər Heydər Əliyevin görkəmli dövlət xadimi kimi yetişməsində dünyanın super dövlətlərindən biri olan SSRİ-nin siyasi sistemini dərindən mənimsəməsinin və həmin zəmində özündə müstəqil dövlətçilik dünyagörüşü formalaşdırmasının mühüm rol oynadığını qeyd edib. İ.Həbibbəyli ulu öndər Heydər Əliyevin dünyanın görkəmli şəxsiyyətləri tərəfindən nadir dövlət adamlarından biri kimi dəyərləndirildiyini vurğulayaraq, dahi rəhbərin istər sovet, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərliyi illərində ölkəmizdə elmin, təhsilin, ədəbiyyatın, mədəniyyətin görkəmli himayədarı olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, məhz dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində sovet dövründə Azərbaycanın vətənpərvər, qabaqcıl ziyalıları, o cümlədən şair və yazıçıları, alimləri nəinki təzyiqlərdən xilas olub, hətta SSRİ-nin ən yüksək dövlət təltiflərinə layiq görülüblər. Bu dövrdə Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycan SSR-nin 1978-ci ildə qəbul edilən Konstitusiyasında respublikanın dövlət dilinin Azərbaycan dili olması ilə bağlı maddənin daxil edilməsi idi.

Müstəqilliyin əvvəllərində ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasının əhəmiyyətini xüsusi vurğulayan AMEA-nın vitse-prezidenti Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrlə yanaşı, Azərbaycan elminin də inkişafı üçün ən mükəmməl şəraitin yaradıldığını diqqətə çatdırıb.

Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi Natiq Hüseynov çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycanda müasir hüquqi dünyəvi dövlətin banisi olaraq milli dövlətçilik konsepsiyasının müəyyən edilməsində, ölkənin hüquqqanunvericilik sisteminin qurulmasında, yüksək beynəlxalq standartlara uyğun məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində, müasir tələblərə cavab verən dövlət idarəetmə sisteminin, o cümlədən hüquq mühafizə orqanlarının formalaşdırılmasında misilsiz xidmətlərini qeyd edib. Bildirib ki, Azərbaycanda ölkənin əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, hakimiyyətin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələri olub.

Konfransın işinə yekun vuran Zakir Qaralov prokurorluq orqanlarının bütün əməkdaşları adından əminliyini bildirib ki, prokurorluğun kollektivi daim Heydər Əliyev ideyalarına sadiq olacaq, onun unudulmaz xatirəsini əziz tutacaqbütün qüvvələrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu möhtəşəm ideyaların həyata keçirilməsinə istiqamətləndirəcək.

Tədbirin sonunda “Azərbaycan TeleviziyaRadio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Vətənə, xalqa həsr edilən ömürfilmi nümayiş etdirilib.

 

Azərbaycan.- 2018.- 9 may.- S.11.