Avropa-İttifaqı–Azərbaycan Parlament
Əməkdaşlıq Komitəsinin XV iclası başa çatıb
Bakıda keçirilən Avropa-İttifaqı–Azərbaycan
Parlament Əməkdaşlıq
Komitəsinin XV iclası
mayın 8-də işini
başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, iclasın sonunda Birgə Bəyanat qəbul olunub. Bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun həlli məsələsi bir daha dəstəklənib.
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasınin ikinci - sonuncu günündə 1992-ci il mayın 8-də Şuşanın müdafiəsi zamanı həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclasın əsas müzakirə mövzusu da “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar: mövcud vəziyyət və gözləntilər” olub.
Bu cür münaqişələrin regionda sabitliyin və təhlükəsizliyin pozulmasına gətirib çıxardığını deyən Xarici İşlər Nazirliyinin əməkdaşı, səfir Kamil Xasıyev Dağlıq Qarabağ problemi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının və digər qurumların məlum sənədlərini xatırladıb. Bildirib ki, beynəlxalq qurumların sənədlərinə və hüququn tələbinə baxmayaraq, Ermənistan hərbi təcavüzünü davam etdirir, Azərbaycan ərazilərini işğal altında saxlayır, azərbaycanlı qaçqın və məcburi köçkünlərin yurd-yuvasına qayıtmasının qarşısını alır. Ermənistan silahlı qüvvələri təmas xəttindəki yaşayış məntəqələrimizi də atəşə tutur, hərbçilərlə bərabər mülki şəxsləri də hədəfə alır. Diplomat diqqəti Avropa İttifaqı ölkələrinin şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz fəaliyyətinə yönəldərək qurumun buna münasibət göstərməsinin vacibliyini önə çəkib. Əlavə edib ki, Ermənistan Suriyadan olan etnik erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirməklə azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmasının qarşısını alır. Qurum Suriyadan gələn ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində deyil, Ermənistanda yerləşdirilməsini dəstəkləməlidir. Azərbaycan Avropa İttifaqından ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe gözləyir.
XİN rəsmisi qeyd edib ki, Azərbaycan ikitərəfli, üçtərəfli əməkdaşlıq formatlarını ərsəyə gətirməyə nail olub. Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı Şimal-Cənub nəqliyyat dəhlizinin formalaşmasında mühüm rol oynayır. Azərbaycan regional layihələrin ən fəal iştirakçısıdır. Ölkəmizdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri uğurla həyata keçirilib. Amma Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu ölkəmizin iqtisadi inkişafını əngəlləyir.
Milli Məclis sədrinin birinci müavini Ziyafət
Əsgərov Azərbaycanın dövlət müstəqilliyini
bərpa etdikdən və 1993-cü ildə ümummilli
lider Heydər Əliyevin siyasi
hakimiyyətə qayıdışından sonra
qarşıda duran mühüm
məsələlərdən birinin nəinki
region dövlətləri,
bütövlükdə dünya dövlətləri
ilə əlaqələrin möhkəmləndirilməsi və
Azərbaycanın beynəlxalq miqyasda
tanıdılması olduğunu qeyd edib. O xatırladıb
ki, 1994-cü ildə “Əsrin müqaviləsi”
imzalanandan sonra Azərbaycanın
region dövlətləri, eyni
zamanda, region ölkələri
vasitəsilə Avropa dövlətləri
ilə iqtisadi, siyasi, ticari əməkdaşlığı qurulub. Azərbaycan bu gün müstəqil siyasət aparan bir dövlətdir.
Ölkəmiz region dövlətləri ilə
əməkdaşlığı genişləndirib və
Avropanın karbohidrogen ehtiyatları ilə
təmin olunmasında mühüm rol oynayır. Bütün
bunlar ona görədir
ki, Azərbaycan müstəqil dövlətdir
və müstəqil siyasət yürüdür.
Ölkəmiz dünya dövlətləri
ilə iqtisadi-ticarət münasibətlərini möhkəmləndirir.
Bu əməkdaşlığın böyük potensialı var.
Amma bu əməkdaşlığın
genişləndirilməsinə mane olan yeganə səbəb var
ki, bu da
Ermənistanın Azərbaycana qarşı yürütdüyü
işğalçılıq siyasətidir. “Biz,
əlbəttə, istərdik Ermənistanla əməkdaşlıq
olsun, sülh olsun, amma bir
şərtlə ki, işğal
edilmiş Azərbaycan torpaqları azad edilməli, Ermənistan özünün
işğalçılıq siyasətindən əl çəkməlidir.
Bütün regionda sabitlik və sülh
yaranmalıdır ki, Cənubi Qafqaz regionu sürətlə
inkişaf etsin. Sürətli inkişafa bütün potensial var, sadəcə, Ermənistan
buna mane olur. Biz siyasətçi deyilik, parlamentarilərik. Hesab edirəm,
burada səmimi söhbət edə bilərik. Azərbaycana qarşı ikili
standartlar yürüdürlər,
amma Ermənistana qarşı sanksiyalar tətbiq edilmir. Bu işdə Avropa
İttifaqına, Avropa
Parlamentinə nə
mane olur?! Axı Avropa
İttifaqı Azərbaycanın
ərazi bütövlüyünün
pozulmasına dair özü qətnamə qəbul edib”, - deyə Ziyafət Əsgərov bildirib.
“Beynəlxalq
hüquqda ədalət
prinsipi pozulub”, - deyən birinci vitse-spiker diqqətə çatdırıb ki, Avropa İttifaqı Azərbaycana qarşı ikili siyasət həyata keçirir. Bu gün Azərbaycanın işğal olunmuş ərazilərində narkotik
bitkilər yetişdirilir.
Hazırda Avropada satılan
narkotik vasitələrin
əksəriyyəti işğal
altındakı ərazilərdə
yetişdirilir. Avropa İttifaqı
isə buna reaksiya vermir.
Ermənistanın işğalçılıq siyasəti
nəticəsində bir
milyondan artıq azərbaycanlı öz ölkələrində qaçqın
və məcburi köçkün həyatı
yaşayır. Onların böyük bir
hissəsi qadın və uşaqlardır.
Bu fikirləri
isə Milli Məclisin deputatı Sahibə Qafarova deyib.
Deputat diqqətə çatdırıb
ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti
nəticəsində minlərlə
vətəndaşımız, o cümlədən qadın
və uşaqlar qətlə yetirilib, bir milyondan çox
vətəndaşımız qaçqın və məcburi köçkün
həyatı yaşamağa
məcbur olub. Azərbaycana qarşı bu işğalçılıq siyasətindən
qadınların və
uşaqların çəkdiyi
zərərlər birbaşa
itkilərlə yanaşı,
həm də sonrakı mərhələdə
ciddi iqtisadi, sosial çətinliklərlə
müşayiət olunub.
Qadın
qaçqın və məcburi köçkünlərin
bu gün üzləşdikləri əsas
problemlərdən biri
onların bərpa və inteqrasiyası ilə bağlıdır.
Belə ki, qadın qaçqın və məcburi köçkünlərin
münaqişə dövründə
yaşadıqları zorakılıqların
yaratdığı ciddi
psixoloji travmalar sonrakı dövrdə onların həyatında mənfi fəsadlara yol açıb. Bu, onların cəmiyyətə
inteqrasiyasında da böyük çətinliklər
yaradıb. Başqa bir
mühüm məsələ
isə əsir və itkin düşmüş,
girov götürülmüş
şəxslərlə bağlıdır.
Bir çox qadınlar müharibədə itirilmiş
qohumlarının, ailə
üzvlərinin yükünü
bütün həyatları
boyu daşıyırlar.
Eyni zamanda, minlərlə azərbaycanlı qadın
əsir və itkin düşüb.
Azərbaycan dövləti 20 ildən
artıqdır ki, beynəlxalq ictimaiyyətlə
birlikdə həmin şəxslərin azad edilməsi uğrunda çalışır. Bu məsələdə beynəlxalq
təşkilatların dəstəyi
olduqca vacibdir.
Milli Məclisin beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
sədri Səməd Seyidov, deputatlar Asim Mollazadə, Flora Qasımova, Elman Nəsirov
və başqaları
da Ermənistanın işğalçılıq siyasətindən,
Avropa İttifaqının
ikili standartlarından
danışaraq əməkdaşlığın
inkişafı üçün
qarşılıqlı etimadın
və hörmətin vacibliyini önə çəkiblər. Dağlıq Qarabağ münaqişəsinin
bütövlükdə Avropa
üçün təhlükə
olduğu qeyd edilib. Regionda sülhün və
təhlükəsizliyin önəmi
vurğulanaraq diqqətə
çatdırılıb ki,
Azərbaycan Cənubi
Qafqazda sabitliyin qorunub saxlanılmasında
çox önəmli
tərəfdaşdır.
Avropa İttifaqı–Azərbaycan Parlament
Əməkdaşlıq Komitəsinin
sədri Sayyad Kərim bildirib ki, biz həmişə Azərbaycanın ərazi
bütövlüyünü tanımışıq və
tanımaqda da davam edəcəyik.
Avropa parlamentinin vitse-spikeri Hadi Hautala münaqişənin
sülh yolu ilə həllinə tərəfdar olduqlarını
dilə gətirib.
Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının Qonşuluq
və Genişlənmə
Danışıqları üzrə
Baş İdarəsinin
rəhbəri Vassilis Maraqos vurğulayıb ki, qurumun Bakıdakı
nümayəndəliyi vasitəsilə
Azərbaycana yardım
edilir. Bu il
burada nəqliyyat sahəsində investisiya proqramları həyata keçiriləcək. Gənclərin akademik səviyyəsində
mübadiləsi ilə
bağlı Şərq
Tərəfdaşlığı ölkələri üçün
200 milyon avro ayrılıb. Bu sahədə də Azərbaycanla əməkdaşlıq
ediləcək. O, Avropa
İttifaqının Dağlıq
Qarabağ ərazisindən
heç bir mal və xidmət ixrac etmədiyini vurğulayıb. Bildirib ki, Avropa Komissiyası bununla bağlı ölkələrə
müvafiq bildirişlər
göndərib.
“Regional əməkdaşlıq
və Azərbaycan üçün çağırışlar”
mövzusunda müzakirələrdə
bildirilib ki, ölkəmiz regional əməkdaşlığa
böyük önəm
verir. Bu gün
Azərbaycan Avropanın
enerji təhlükəsizliyinin
təminində önəmli
rol oynayır. Şimal-Cənub nəqliyyat dəhlizi
çəkilir, yaxın
zamanlarda TAP və
TANAP enerji layihələrinin
istifadəyə verilməsi
nəzərdə tutulur.
Avropa İttifaqı-Azərbaycan
Parlament Əməkdaşlıq
Komitəsinin həmsədri
Cavanşir Feyziyev yekun çıxışında
bu müzakirələrin
qurumla ölkəmiz arasında əlaqələrin
inkişafına xüsusi
töhfə verəcəyini,
qarşıdakı əməkdaşlıq
üçün yeni zəmin yaratdığını
vurğulayıb: “Azərbaycan
gözləyir ki, Avropa İttifaqının
digər işğal olunmuş ərazilərdə
tətbiq etdiyi normalar Azərbaycanın işğal olunmuş ərazilərində də
tətbiq olunsun. Avropa İttifaqı mal və xidmətlərin işğal
olunmuş ərazilərə
çatdırılmasının qarşısını ala bilər.
Avropa İttifaqı Azərbaycanın
işğal olunmuş
ərazilərində hüquqi
və fiziki şəxslərin fəaliyyətinin
qarşısını almalıdır”.
Aparılan müzakirələrin yekunu
olaraq Birgə Bəyanat qəbul olunub.
Cavanşir Feyziyev qeyd edib
ki, Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin regiondakı
vəziyyəti qeyri-sabit
saxladığı bir
daha vurğulanır, münaqişənin Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində, beynəlxalq hüququn normalarına uyğun həlli dəstəklənir. Eləcə də
Dağlıq Qarabağ
münaqişəsi nəticəsində
evlərindən köçkün
düşmüş insanların
hüquqlarının qeyd-şərtsiz
bərpa edilməsinə,
öz yurdlarına qaytarılmasına dəstək
ifadə olunur. Bəyanatda Avropa İttifaqı ilə Azərbaycan arasında yüksək səviyyəli yeni əməkdaşlıq sazişinin
imzalanması da parlamentarilər tərəfindən
dəstəklənir.
İclasın yekunu olaraq keçirilən
mətbuat konfransında
tərəflər müzakirə
olunan məsələlərdən
və qəbul edilən sənəddən
razı qaldıqlarını
bildiriblər.
“Azərbaycanda
çox yüksək
səviyyəli görüşlər
keçirdik. Əlaqələrin gələcəkdə də inkişaf etdirilməsi üçün
hər iki tərəfdə siyasi iradə var. Parlamentarilər
münasibətləri yaxınlaşdırmaqla
hökumətlərarası əməkdaşlığa dəstək
vermiş olurlar.
Azərbaycan xalqı mühüm
bir hadisəni - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini
qeyd edir. Bu münasibətlə Azərbaycan xalqını
təbrik edirəm, - deyə Sayyad Kərim qeyd edib.
Komitənin növbəti toplantısı
gələn ilin payızında Avropa ölkələrindən birində
keçiriləcək.
Azərbaycan.- 2018.- 8 may.- S.12.