Stalinqraddan Berlinədək top arxasında olub

 

Daster Lerikin ucqar dağ kəndidir, rayon mərkəzindən 35-40 kilometr aralıdadır. İlk dəfə buraya yolum 1968-ci ilin baharında düşmüşdü. Meşələrdən keçən cığırla at belində getmişdim. Məktəbdə müəllimlərlə görüşmüşdüm, gəlişimin məqsədini demişdim: “ÜçŞöhrətordenli Əli Hüseynov haqqında yerli qəzetə material yazmaq istəyirdim”.

O illərdə Əli dayı kənddəkiMədəniyyətkolxozunda briqadir işləyirdi. Gün günorta yerindən əyiləndə üstündən qayıtdı, evə dəvət etdi. Söz-sözü çəkdi, söhbət müharibə illərindən düşdü. Əlini dən düşmüş saçlarında gəzdirə-gəzdirə söhbətə başladı:

- 1939-cu ildə 21 yaşım vardı. Kolxozda hesabdar müavini işləyirdim. Evli idim, oğlum dünyaya gəlmişdi. Hərbi komissarlığa çağırıb orduya göndərdilər. Brest şəhərində xidmət edirdim. İki il keçməmişdi müharibə başlandı. Başqa hissələr kimi, bizim polk da düşmən gülləsinə birinci tuş gəlmişdi. Çox ağır vaxtlar idi. Hər qarış torpaq uğrunda ölüm-dirim mübarizəsi gedirdi. Sıravi topçusu olduğum divizya şərqə doğru çəkilirdi. Tozlu yollar, yanan kəndlər, bombardman edilmiş şəhərlər, güllələnmiş dinc əhali ürəyimi ağrıdırdı.

Əli dayı söhbətinə azca ara verib sözünə davam etdi: - Qırx ikinci ilin yayında Stalinin 277 nömrəli əmri elan olundu. Əmrdə deyilirdi ki, geriyə yol yoxdur. Torpaqlarımızın hər qarışını son damla qanımıza kimi müdafiə etməliyik. Bu əmr əldən-ələ gəzdi, qəlbimizi riqqətə gətirdi. Kurqan vilayətindən keçmiş traktorçu Pyotr Sitnikovla ikimiz bir topun arxasında Stalinqraddan Berlinədək döyüş yolu keçdik.

Söhbətin bu yerində Əli dayı fikirləşdisə, ayağa qalxıb qonşu otağa keçib qalın qovluqla qayıtdı. Həyatımın müharibə dövrü bu qovluqdakı sənədlərdədirdeyə stolun üstünə qoydu. Təşəkkür məktublarını, cəbhə qəzetlərini, şəkilləri, orden medalların kitabçalarını nəzərdən keçirtdik. Kağızların çoxu saralmışdı, yazılar çətin oxunurdu. Hər biri eloğlumuzun döyüşdəki şucaətindən xəbər verirdi. Cəbhə qəzetlərindən biri yazmışdı: “Güclü qar yağmışdı, hərəkət çətinləşmişdi. Artilleriyaçılar kiçik serjant Hüseynovun topunu əllərində aparırdılar. Hücuma keçən hissənin qabağını gözlənilmədən güclü pulemyot atəşi kəsdi. Atıcılar yerə uzandılar, hücum dayandırıldı. Əli Hüseynov Pyotr Sitnikovla topu atəş xəttinə çəkərək 3 mərmi ilə düşmən pulemyotunu susdurdu. Döyüşdə qəhrəmanlıq göstərdiklərinə görə, topçularİgidliyə görəmedalı ilə təltif olundular. Bu, Əli Hüseynovun ilk mükafatı idi”.

Başqa bir cəbhə qəzeti yazmışdı ki, 1944-cü il iyulun 18-də Mejilovo yaşayış məntəqəsi uğrunda döyüşlərdə düşmənin güclü artilleriya minamyot atəşinə baxmayaraq, qvardiya serjantı Əli Hüseynov topunu birbaşa atəş xəttinə çıxarmış, faşistlərin 5 pulemyotunu 35 əsgərini məhv etmişdir. O, yaralansa da döyüş tapşırığını yerinə yetirmişdir. Bu qəhrəmanlığına görə döşünə III dərəcəliŞöhrətordeni taxılmışdır.

Həmin günlərdə Əli Hüseynovun yaxınlarına göndərdiyi üçkünc məktub da qovluqda saxlanılırdı. Evə yazmışdı: “Biz faşist cəlladlarından güclüyük. Düşməni öz yuvasına qovuruq. Berlinə doğru məsafə günbəgün azalır”.

Sonralar Əli dayının döyüş yolu Belqorod Oryol vilayətlərindən, Ukraynadan, Pribaltikadan keçmişdi. 1944-cü ilin oktyabrında 52-ci divizya Riqa şəhərini mühasirəyə almışdı. Bu zaman kəşfiyyatdan xəbər gəlir ki, alman avtomatçıları tankların köməyi ilə hissəyə soxulmaq istəyirlər. Qvardiya serjantı Əli Hüseynovun qorxmazlığı mətinliyi artilleriyaçıları çətinlikdən xilas edir. O, topu atəş xəttinə birinci çıxarır. Hitlerçilər xeyli itki verib geriyə üz qoyurlar. Riqanın azad edilməsində şücaəti II dərəcəliŞöhrətordeninə layiq görülür.

...Əli dayı ilə divardan asılmış bir şəklin qabağında dayandıq. Dərindən köks ötürüb söhbətini davam etdirdi:

- 1944-cü il aprel ayının son günləri idi. Piyadalarımız düşməni qova-qova min kilometrlərlə yol keçmişdi. Səngərlər, minalanmış sahələr arxada qalmışdı. Berlinin lap yaxınlığında topları atəşə hazır saxladıq. Piyadalarımız şəhərə tərəf irəliləyirdi. Birdən düşmən pulemyotlarından atəş açıldı. Tüstü gələn yerə baxan kimi atəşin açıldığı yeri müəyyənləşdirdik. Topu qarşıdakı binanın ikinci mərtəbəsinə tuşladıq. Pyotr Sitnikova əmr verdim: “Ağac tərəfdəki pəncərədən atırlar, vaxt itirmə, atəş !” Mərmi hədəfə çatmadı, ağaca dəyib partladı. Bir göz qırpımında topun yerini dəyişdik. Bu dəfə atəşimiz sərrast oldu. Düşmənin iki topunu, 14 pulemyotçusunu məhv etdik. Şəkil onda çəkilib...

Reyxstaq alınan gün Əli Hüseynov divarlara yaxınlaşıb avtoqraf yazanlardan biri olmuşdu. Yazmışdı ki, “Azərbaycanın Daster kəndindən Əli Nəcəf oğlu Hüseynov burada olmuşdur”.

Qələbə sevincinin üstünə daha bir sevinc gəldi. Berlinin alınmasında göstərdiyi qəhrəmanlığa görə Əli Hüseynov I dərəcəliŞöhrətordeni almışdı. O, bu ordenin hər üç dərəcəsi ilə təltif olunan 14 nəfər Azərbaycan əsgərlərindən biridir.

Qvardiya serjantı Əli Hüseynov 1945-ci ildə cəbhədən qayıdıb təsərrüfatda çalışmışdı. Nədənsə xidmətləri diqqətdən kənarda qalmışdı. Ancaq bu uzun sürməmişdi. Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələndən sonra müharibə veteranlarına qayğı artdı, onların rəşadətinə layiqincə qiymət verildi. Bir gün Sovet İttifaqı Qəhrəmanları üçŞöhrətordenli veteranlarla ulu öndərin görüşü keçirildi. Görüş respublika Ali Sovetinə seçkilər ərəfəsinə düşmüşdü.

Heydər Əliyev veteranları bir-bir dinləyir. Əli Hüseynov həyatı keçirdiyi döyüş yolu barədə rəhbərə danışır. Ulu öndər: “Belə insanları yaddan çıxarmaq olmazdemişdi Lerik seçicilərinə onun deputatlığa namizədliyini irəli sürməyi məsləhət görmüşdü.

Bu məsləhət Lerikin hər bir kəndində eşidilib alqışlandı. Əli Hüseynov Çayrud seçki dairəsindən deputatlığa namizəd irəli sürüldü, seçki günü ona səs verdilər. Ali Sovetin birinci sessiyasına o, Rəyasət Heyətinin üzvü seçildi. Ömrünün müdrik çağında dasterlilər yerli sovetin sədrliyini Əli Hüseynova etibar elədilər. Yol çəkdirdi, körpü saldırdı, xəstəxana tikdirdi.

Əli Hüseynovla son görüşüm 1983-cü il iyulun 13-də rayon qəzetinin redaksiyasında oldu. Ordenlərini taxmışdı, çox şən görünürdü. Sevincini bizimlə bölüşdü: “Bu gün mənimçün bayramdır. Qırx il əvvəl Kursk uğrunda döyüşlərdə düşmənə ağır zərbə qələbəyə yol açdı”.

Yaşa dolduqca səhhəti ağırlaşırdı. Müharibədə üç dəfə kantuziya almışdı, bədənində qəlpələr gəzdirirdi. Uzunmüddətli müalicənin xeyri olmadı. 1987-ci il fevralın 17-də dünyasını dəyişdi. Lerik ictimaiyyəti indi unudulmaz qəhrəmanın 100 illik yubileyinə geniş hazırlıq görür. Qəhrəmanın adı ürəklərdə, arzuları övladlarının nəvələrinin əməllərində yaşayır. Xatirəsi əbədiləşdirilmişdir. Kənddəki məktəb onun adını daşıyır.

 

Həmzə VƏLİMƏMMƏDOV,

əməkdar journalist

 

Azərbaycan.- 2018.- 9 may.- S.13.