“Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə

 

Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli qanunu ilə təsdiq edilmişdir

 

Maddə 1. Təltif edilən şəxslər

Gəmiçilik sahəsində xidmətlərə görəAzərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

Gəmiçilik sahəsində xidmətlərə görəAzərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 3. Taxılma qaydası

Gəmiçilik sahəsində xidmətlərə görəAzərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden medalları olduqda, onlardan sonra taxılır.

 

Azərbaycan.- 2018.-9 may.- S.14