Sultan Əhməd bin Sulaimi: “Azərbaycana hər səfərimdə böyük
inkişaf prosesslərinin
şahidi oluram”
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev mayın 9-da “DP
World” şirkətinin prezidenti
Sultan Əhməd bin Sulaimi
qəbul edib.
AZƏRTAC xəbər
verir ki, Sultan Əhməd bin Sulaim Birləşmiş Ərəb
Əmirliklərinin vitse-prezidenti,
Baş nazir və Dubayın hökmdarı Şeyx Məhəmməd bin Raşid
Al Məktumun salamlarını
Prezident İlham Əliyevə çatdırdı.
Beynəlxalq Limanlar Assosiasiyasının Bakıda
keçirilən illik
konfransında iştirakından
məmnunluğunu ifadə
edən Sultan Əhməd
bin Sulaim bu tədbirin yüksək səviyyədə təşkil
olunduğunu və beynəlxalq əməkdaşlıq
işinə mühüm
töhfə verdiyini vurğuladı. O, hər dəfə Azərbaycana səfəri zamanı ölkəmizdə böyük
inkişaf proseslərinin
şahidi olduğunu, Bakıda xarici turistlərin sayının
sürətlə artdığını
müşahidə etdiklərini
dedi.
Prezident İlham Əliyev Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransının Bakıda
keçirilməsinin önəmini
qeyd etdi və bunu beynəlxalq
nəqliyyat daşımalarında
ölkəmizin rolunun
artmasının göstəricisi
kimi dəyərləndirdi. Dövlətimizin
başçısı nəqliyyat
infrastrukturu sahəsində
Azərbaycanın son illər
böyük uğurlar
qazandığını dedi.
Prezident İlham Əliyev digər sahələrdə
olduğu kimi, ölkəmizdə turizmin
inkişaf etdirilməsi
sahəsində də
ardıcıl addımların
atıldığını, Azərbaycana müxtəlif
ölkələrdən, o cümlədən
Birləşmiş Ərəb
Əmirliklərindən gələn
qonaqların sayının
durmadan artdığını
qeyd etdi.
Dövlətimizin başçısı
Birləşmiş Ərəb
Əmirliklərinin vitse-prezidenti,
Baş nazir və Dubayın hökmdarı Şeyx Məhəmməd bin Raşid
Al Məktumun salamlarına
görə minnətdarlığını
bildirdi, onun da salamlarını Şeyx Məhəmməd
bin Raşid Al Məktuma
çatdırmağı xahiş
etdi.
Söhbət zamanı Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb
Əmirlikləri arasında
əlaqələrin uğurla
inkişaf etdiyi vurğulandı, əməkdaşlığın
daha da genişləndirilməsi
üçün yaxşı
potensialın olduğu
bildirildi.
Azərbaycan.- 2018.-11 may.- S.4.