Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli İlham
Heydər oğlu.
İcazə verin, Sizi yenidən Azərbaycan
Respublikasının Prezidenti seçilməyiniz münasibətilə
Birləşmiş Nüvə Tədqiqatları
İnstitutunun (BNTİ) rəhbərliyi və beynəlxalq tərkibli
kollektivi adından səmimi qəlbdən təbrik edim.
Prezident seçkilərində
Sizin inamlı qələbəniz ölkə
iqtisadiyyatının, milli elmin və beynəlxalq əlaqələrin
innovasiya yönümlü inkişafı kursunuza ümumxalq dəstəyinin
parlaq sübutudur.
Məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycan alimləri BNTİ çərçivəsində fundamental və tətbiqi fizika sahəsində aparılan tədqiqatlarda fəal iştirak edirlər. Azərbaycanın tədqiqat mərkəzləri ilə bizim institut arasında əməkdaşlıq uğurla həyata keçirilir.
Ümidvaram ki, Azərbaycan alimləri və BNTİ arasında səmərəli qarşılıqlı fəaliyyət nəticəsində əldə olunmuş təcrübə daha da genişlənəcəkdir.
Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və yeni-yeni uğurlar, Azərbaycan Respublikasının xalqına isə sülh, firavanlıq və tərəqqi arzu edirəm.
Dərin və səmimi hörmətlə,
Viktor Matveyev
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru,
Rusiya Elmlər Akademiyasının akademiki
Azərbaycan.-
2018.-11 may.- S.4.