Qüdrətli dövlət, güclü
iqtisadiyyat, yüksələn sosial rifah
“Ölkəmizdə bütün sosial layihələr
uğurla icra edilir. Heç bir sosial layihədə
heç bir yubanma yoxdur. Hətta bizim
üçün o qədər
də asan olmayan, əvvəlki böhranlı illərdə
də sosial layihələr tam miqyasda icra edilmişdir”.
Prezident İlham Əliyevin dediyi kimi, bu
gün Azərbaycanda ictimai-siyasi proseslər müsbət istiqamətdə
gedir, iqtisadi inkişaf tam təmin edilir və bir çox sosial layihələr icra olunur.
Mayın 10-da ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə
dövlət başçısı
bir daha bəyan etdi ki, Azərbaycan bütün istiqamətlərdə
uğurla inkişaf edir. Bu inkişafın təməlində
ulu öndər Heydər Əliyev siyasəti dayanır: “Biz bu siyasətə sadiqik, biz tutduğumuz yoldan dönməyəcəyik,
daim irəli gedəcəyik. Azərbaycan xalqını bir
daha əmin etmək istəyirəm ki, biz bundan sonra da həmişə
inkişaf və tərəqqi yolu ilə gedəcəyik”.
İqtisadi müstəqilliyini
təmin edən dövlət
Həqiqətən də son illər Azərbaycanda bir dənə də olsun sosial layihə
təxirə salınmayıb. Dövlət başçısının şəxsən
nəzarət etdiyi bu layihələr tam miqyasda icra edilib.
Elə bunun nəticəsidir ki, bu gün
Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.
Ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu inkişaf strategiyasının son 15 ildə
Prezident İlham Əliyev tərəfindən
müasir çağırışlara
və yeni dövrün reallıqlarına
uyğun yaradıcılıqla
davam etdirilməsi ölkə həyatının
bütün sahələrində
heyrətamiz tərəqqinin
əldə olunmasına
səbəb olub. Həyata keçirilən
ardıcıl islahatlar
sayəsində ölkəmiz
özünün iqtisadi
müstəqilliyinin təmin
olunması yolunda uğurlu addımlar atıb.
Hətta iqtisadi böhran fonunda öz inkişaf tempini qoruyub saxlaya bilən Azərbaycan nəzərdə tutulmuş
bütün ümummilli
proqramların, qlobal enerji və nəqliyyat layihələrinin
icrasını uğurla
başa çatdırmağa
müvəffəq olub. Sevindirici haldır
ki, hazırda beynəlxalq maliyyə qurumları, bir sıra mötəbər təşkilatlar da Azərbaycanda gedən inkişaf və tərəqqi meyillərini
birmənalı olaraq etiraf edir və
yüksək qiymətləndirirlər.
Reallığın uğurlu
göstəricisi
Bütün sahələrdə tam şəffaflığın
yaradılması üçün
daim aidiyyəti qurumlara ciddi tapşırıqlar verən
dövlət başçısı
bildirdi ki, hazırda baş verən hadisələri izləyərkən bir daha dünyada sosial sahədə pozuntuların olduğu hər kəsə bəlli olur. Bu sahəyə diqqətin göstərilməməsi və
xoşagəlməz halların
kütləvi xarakter alması böyük çətinliklərə, problemlərə,
toqquşmalara gətirib
çıxarır.
Lakin Azərbaycan hökumətinin yürütdüyü
müstəqil siyasət
həmişə birmənalı
olub: “Güclü dövlət, güclü
iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti
bu gün Azərbaycanı dünyada
seçilmiş ölkələrin
sırasına daxil edibdir. Bunun nəticəsində biz uğurla inkişaf edirik”.
Prezident bildirdi ki, bu
gün Azərbaycanda məktəblərin, xəstəxanaların,
sosial obyektlərin tikintisi, insanların maddi vəziyyətinin yaxşılaşdırılması və infrastrukturla bağlı olan layihələrin icrası
davam etdirilir. Dövlət başçısı hər
bir rayonda və hər bir kənddə bu məsələlərə
xüsusi diqqət göstərildiyini vurğuladı.
Son 15 ildə ölkəmizdə 642 tibb
müəssisəsi, 43 olimpiya
idman kompleksi, 443 körpü-tunel, 3100-dən çox
məktəbin inşa
edilməsi, 265 min köçkünün
yeni evlərlə, mənzillərlə təmin
olunması, 30 elektrik stansiyası, 4 su anbarı və 7 aeroportun tikilməsi, qazlaşdırmanın 93 faizə,
fasiləsiz içməli
su ilə təminatın 26 faizdən
67 faizə çatması
bütün deyilənləri
bir daha təsdiqləyir ki, ölkədə heç bir sosial layihə
təxirə salınmayıb.
Əldə edilmiş nəticələr
və bu ilin uğurlu göstəriciləri də
tam deməyə əsas
verir ki, Azərbaycan bu düzgün yolla addımlayır və bu günə qədər həllini tapmayan məsələlər
yaxın gələcəkdə
öz həllini tapacaq.
Möhkəm əsaslar
üzərində qurulan
ölkə
Azərbaycan dövlətinin möhkəm
əsaslar üzərində
qurulduğunu söyləyən
cənab İlham Əliyev vurğuladı ki, dövlət iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri
əsasında inkişaf
etdirir. Ancaq bununla bərabər,
sosial məsələlərin
həllinə çox
böyük diqqət
göstərir. Məhz bunun
nəticəsində Azərbaycanda
sabitlik, əmin-amanlıq
hökm sürür, xalq-iqtidar birliyi gündən-günə möhkəmlənir.
Bu gün Azərbaycan
inkişaf, sabitlik, xalq-iqtidar birliyi baxımından dünya miqyasında nümunəvi
ölkəyə çevrilib.
Danılmaz həqiqətdir ki, siyasi sabitlik, qarşılıqlı inam
olmayan yerdə sürətli inkişafa
nail olmaq mümkün
deyil. Cənab İlham Əliyev
bu amili klassik şəkildə dəyərləndirərkən qeyd edib ki,
sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf da olmur, vəziyyət
mənfi istiqamətdə
inkişaf edir. Azərbaycan isə təhlükəsizlik,
əmin-amanlıq, sabitlik
şəraitində öz
yolu ilə uğurla gedir. Bu gün inkişaf
parametrlərinə və
vətəndaş həmrəyliyinə
görə Azərbaycan
dünyada nümunəvi
ölkələrdən biridir.
Ölkənin ümumi
sosial-iqtisadi inkişafı
da çox müsbətdir: “Üç
ayın göstəriciləri
bizi çox sevindirir. İndi bir neçə
gündən sonra dörd ayın yekunları da veriləcək. Əminəm ki, biz dinamikanı nəinki saxlayacağıq,
həm də artıracağıq. Ölkə qarşısında
duran bütün vəzifələr uğurla
icra edilir. Sosial məsələlərin həllinə
gəldikdə, bu günə qədər bir çox sosialyönümlü layihələr
həyata keçirilibdir.
Bu layihələrin həyata keçirilməsi
davam etdiriləcək”.
Onu da vurğulayaq ki, bu il həm də “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı”nın icrasının
dördüncü ilidir.
Bu o deməkdir ki, cari ildə
də investisiya proqramına əsasən kifayət qədər sosial-iqtisadi layihələr
icra ediləcək.
Azərbaycanın heç
bir iqtisadi və maliyyə çətinliyi yoxdur
Bütün bu məsələlərə şəxsən
nəzarət edən
dövlət başçısı
hər il
olduğu kimi, bu il də
verdiyi tapşırıqların
icrası ilə yerində maraqlanır, yeni-yeni obyektlərin açılışlarını edir və əhali
ilə görüşərək
problemlərlə maraqlanır.
Bu da xalq-iqtidar
birliyinin bariz təcəssümüdür.
Əldə olunan nəticələr isə ürəkaçandır. Nazirlər Kabinetinin
son iclasında 3 ayda qazanılan nailiyyətləri
dəyərləndirərkən cənab İlham Əliyev qeyd etmişdi ki, hər bir ölkə
bu göstəricilərlə
fəxr edə bilər. Bu göstəricilər
Azərbaycanın doğru
yolda olduğunu bir daha təsdiqləyir:
“Azərbaycanın qarşısında
heç bir iqtisadi və maliyyə çətinliyi
yoxdur. Biz güclü
iqtisadiyyat yaradaraq, eyni zamanda, sosial
məsələlərin həllində
addımlar atırıq.
Əgər iqtisadi imkanlarımız
olmasaydı, biz nəyin
hesabına pensiyaları,
maaşları qaldıra
bilərdik, nəyin hesabına böyük investisiya qoya bilərdik, infrastruktur layihələrini nəyin
hesabına həyata keçirə bilərdik?!
İqtisadi güc və
ondan əlavə bizim siyasətimiz bütün bu reallıqları yaradır”.
Verilən bütün
vədlər yerinə
yetirilir
Bu bir həqiqətdir ki, Azərbaycan 15 ildir ki, cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə
doğru inamla addımlayır. Məhz buna görə xalq aprelin 11-də yenidən ulu öndər Heydər Əliyevin layiqli davamçısına etimad
mandatı verdi.
Verdiyi bütün vədlərə
sadiq qalaraq Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən
cənab İlham Əliyev xalqının alternativsiz lideri olduğunu öz fəaliyyəti ilə sübuta yetirib. Son 15 ildə qazanılan nailiyyətləri isə yalnız biz deyil, beynəlxalq reytinq təşkilatları, biznes
qurumları da öz hesabatlarında göstərirlər.
Dövlət başçısı
isə bu nailiyyətləri dəyərləndirərkən
qeyd edib ki, bütün bunlar verilən vədlərin uğurla reallaşması nəticəsində
baş verib: “Bizim bütün planlarımız həyata
keçirilir. Verdiyimiz bütün
vədlər yerinə
yetirilir. Son 15 il ərzində bir dənə də yerinə yetirilməyən vəd olmamışdır. Bu gün Azərbaycanın reallıqları onu göstərir ki, biz düzgün yoldayıq.
Bu yolla uğurla
gedəcəyik”.
Bir sözlə, iqtisadi baxımdan özünü
tamamilə təmin edən müstəqil Azərbaycanın 2018-ci ilə
də bütün sahələr üzrə uğurla başladığı
aydın şəkildə
görünür. Son 4 ayda ölkəmizdə baş verən hadisələr, keçirilən
toplantılar və görülən işlər
onu deməyə əsas verir ki, qarşıya qoyulan bütün tapşırıqlar uğurla
reallaşmaqdadır və
sürətli inkişaf
ilində Azərbaycan
daha böyük nailiyyətlər qazanacaq.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2018.- 12 may.- S.1; 7.