R.Ç.Nəcəfin
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
İnnovativ inkişaf və elektron hökumət məsələləri
şöbəsinin müdiri təyin edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Rövşən Çingiz
oğlu Nəcəf Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
İnnovativ inkişaf və elektron hökumət məsələləri
şöbəsinin müdiri təyin edilsin.
2. Bu sərəncam
imzalandığı gündən qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
11 may 2018-ci il
Azərbaycan.-
2018.- 12 may.- S.2.