Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Alman-Azərbaycan Forumunun idarə heyəti adından ürəkdən təbrik edirəm.
Azərbaycan və Almaniya ötən illər ərzində siyasi, iqtisadi, elmi və mədəni sahələrdə bir çox cəhətdən bir-birinə yaxınlaşıblar. Alman-Azərbaycan Forumu təşkil etdiyi çoxsaylı konfranslar, nümayəndə heyətlərinin səfərləri və müzakirə platformaları vasitəsilə iki ölkə arasındakı münasibətlərin inkişafına səy göstərib və Azərbaycanın daha yaxşı tanıdılmasına öz töhfəsini verib.
Mən gələcəkdə də Sizin dəstəyinizə ümid edirəm. Ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar və xoşbəxtlik diləyirəm.
Hörmətlə,
Hans-Eberhard Şlayer
Alman-Azərbaycan Forumunun
idarə heyətinin sədri
Azərbaycan.- 2018.-12 may.- S.2.