Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 838; 2014, ¹ 7, maddələr 766, 787, ¹ 10, maddə 1165; 2015, ¹ 5, maddə 503; 2016, ¹ 2 (II kitab), maddə 215, ¹ 11, maddə 1773, ¹ 12, maddə 2010; 2017, ¹ 2, maddə 154, ¹ 5, maddə 755, ¹ 6, maddə 1043) 13-cü maddəsinə, 20.4-cü maddəsinin ikinci cümləsinə, 24.1-ci maddəsinə, 24.2-ci maddəsinin birinci cümləsinə, 35.1-ci maddəsinin birinciüçüncü cümlələrinə, 35.3-cü, 40-cı maddəsinin ikinci cümləsinə, 41-ci maddəsinə, 42.1-ci maddəsinin birinci cümləsinə, 43.1-ci maddəsinin birinci cümləsinə, 43.2-ci maddəsinin birinci cümləsinə, 43.3-cü, 44.3-cü maddələrinə ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözlərindən sonra ismin müvafiq hallarında “, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri, 49.2.11-ci maddəsinə və 66.3-cü maddəsinin ikinci cümləsinə  “orqanına” sözündən sonra “(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda isə həmçinin onun yaratdığı quruma)” sözləri, 34.2-ci maddəsinə, 34.4-cü maddəsinin birinci cümləsinə, 38-ci, 44.1-ci, 47.4.5-ci (birinci halda), 47.4.6-cı (birinci halda), 48.3.1-ci, 48.3.3-cü maddələrinə, 48.3.5-ci maddəsinin ikinci cümləsinə, 75.1-ci maddəsinin birinci cümləsinə, 75.1-1-ci maddəsinin birinci cümləsinə, 75.2-ci maddəsinin birinci cümləsinə, 75.3-cü maddəsinin birinciikinci cümlələrinə, 75.4-cü maddəsinin birinci cümləsinə (birinci halda) və üçüncü cümləsinə, 75.4-1-ci maddəsinə, 75.5-ci maddəsinə, 75.6-cı maddəsinin birinci cümləsinə, 75.9-cu maddəsinin birinci cümləsinə, 75.10-cu maddəsinin birinci cümləsinə, 76.1-ci, 76.2-ci maddələrinə, 80.4-cü maddəsinin birinciikinci cümlələrinə, 82.1-ci (birinci halda), 82.2-ci (birinci halda) maddələrinə, 84.1-ci maddəsinin birinci cümləsinə (birinci halda), 84.2-ci maddəsinin birinci cümləsinə, 86.1.1-ci maddəsinə, 86.3-cü maddəsinin birinci cümləsinə,  89.2-ci maddəsinə,  90.1-ci maddəsinin ikinci cümləsinə, 90.3-cü, 94.3-cü, 101.2-ci (birinci halda) maddələrinə, 102.2-ci maddəsinin birinci cümləsinə (birinci halda), 102.3-cü maddəsinin birinciüçüncü cümlələrinə, 102.4-cü (birinci halda), 102.5-ci (birinci halda) maddələrinə, 102.6-cı maddəsinin birinci cümləsinə, 102.7-ci maddəsinin birinci cümləsinə (birinci halda) və 103.2-ci maddəsinin birinci cümləsinə (birinci halda) ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözlərindən sonra ismin müvafiq hallarında “və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2018-ci il

 

Azərbaycan.- 2018.-12 may.- S.6.