“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1.“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 2, maddə 106; 2001, ¹ 12, maddə 731; 2002, ¹ 1, maddə 4; 2004, ¹ 8, maddə 606, ¹ 9, maddə 666; 2007, ¹ 3, maddə 206, ¹ 6, maddələr 560, 598, ¹ 11, maddə 1078; 2008, ¹ 8, maddə 699, ¹ 11, maddə 960; 2009, ¹ 6, maddə 395; 2010, ¹ 4, maddə 276; 2013, ¹ 12, maddə 1497; Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1032-VQD nömrəli Qanunu) 21-ci maddəsinin üçüncü hissəsində “2250” rəqəmləri “2475” rəqəmləri ilə əvəz edilsin.

 Maddə 2. Bu qanunun 1-ci maddəsində nəzərdə tutulmuş dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2018-ci il

 

 Azərbaycan.- 2018.-13 may.- S.1.