“Azərbaycan Ədliyyəsinin 100 illiyi
(1918-2018)” Azərbaycan Respublikasının yubiley
medalı haqqında Əsasnamə
Azərbaycan Respublikasının
2018-ci il 24 aprel tarixli Qanunu
ilə təsdiq edilmişdir
Maddə 1. Təltif
edilən şəxslər
“Azərbaycan Ədliyyəsinin 100 illiyi
(1918-2018)” Azərbaycan Respublikasının
yubiley medalı ilə öz vəzifələrini nümunəvi
yerinə yetirən, qüsursuz fəaliyyəti
ilə fərqlənən
ədliyyə orqanları
əməkdaşları, hakimlər,
ədliyyə və məhkəmə sisteminin
inkişafına töhfə
vermiş və ədliyyə orqanları ilə səmərəli əməkdaşlıq edən
digər şəxslər,
habelə beynəlxalq
tərəfdaşlar təltif
edilirlər.
Maddə 2. Təltif
edən orqan
“Azərbaycan
Ədliyyəsinin 100 illiyi
(1918-2018)” Azərbaycan Respublikasının
yubiley medalı ilə bu Əsasnamənin
1-ci maddəsində göstərilən
şəxsləri müvafiq
icra hakimiyyəti orqanı təltif edir.
Maddə 3. Taxılma
qaydası
“Azərbaycan
Ədliyyəsinin 100 illiyi
(1918-2018)” Azərbaycan Respublikasının
yubiley medalı döşün sol tərəfinə,
Azərbaycan Respublikasının
digər orden və medalları olduqda “Ədliyyə sahəsində fərqlənməyə
görə” Azərbaycan
Respublikasının medalından
sonra taxılır.
Azərbaycan.- 2018.-13 may.- S.2.