“Uşaqlıq dövrünə xas
olan əlilliyin erkən profilaktikası və
müalicəsi üzrə 2018-2020-ci illər üçün
Milli Fəaliyyət Planı”nın təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini
rəhbər tutaraq qərara alıram:
1. “Uşaqlıq
dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər
üçün Milli
Fəaliyyət Planı”
təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi:
2.1. bu
sərəncamın 1-ci hissəsi
ilə təsdiq edilən Milli Fəaliyyət Planında
nəzərdə tutulmuş
tədbirlərin icrasını
əlaqələndirsin;
2.2. Milli
Fəaliyyət Planında
nəzərdə tutulmuş
tədbirlərin icrasının
gedişi barədə
ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
10 may 2018-ci il
Azərbaycan.- 2018.- 13 may.- S.3.