Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasının Xarici İşlər
Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 913-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 1, maddə 22; 2005, ¹ 10, maddə 910; 2008, ¹ 11, maddə 970; 2009, ¹ 2, maddə 59, ¹ 7, maddə 532, ¹ 12, maddə 983; 2010, ¹ 11, maddə 964; 2011, ¹ 2, maddə 85, ¹ 6, maddə 493; 2015, ¹ 9, maddə 986) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 9.3-1-ci yarımbəndi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
10 may 2018-ci il
Azərbaycan.- 2018.- 13 may.- S.2.