“Mingəçevir şəhərinin,
Yevlax və Ağdaş
rayonlarının inzibati ərazilərində
icbari tibbi
sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə
bağlı tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli
1127 nömrəli Fərmanında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 11, maddə 1834; 2018, ¹ 2, maddə 194) 6.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“6.1. Pilot layihənin Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, Ağdaş rayonunun inzibati ərazisinə münasibətdə isə 2018-ci il fevralın 17-dən həyata keçirilməsini təmin etsin.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
10 may 2018-ci il
Azərbaycan.- 2018.- 13 may.- S.3.