7,1 milyon manatlıq layihə, 9 müəssisə

 

Tezliklə fəaliyyətə başlayacaq Masallı Sənaye Məhəlləsi Prezident İlham Əliyevin modern sənayeləşmə siyasətinin növbəti mühüm töhfəsidir

 

Bakı-Astara magistral yolu, Masallı rayonunun Dadva yaşayış massivi. On ay öncə bu magistral yoldan təxminən 150 metr aralıda ayrılmış 10 hektar torpaq sahəsində böyük tikinti-quruculuq işləri gedirdi. Bu gün isə ərazidə tam fərqli mənzərə var. Əgər 2017-ci ilin iyul ayınadək bura sadəcə boş torpaq sahəsindən ibarət ərazi idisə, indi burada böyük bir möhtəşəm kompleks inşa edilib. Bu, respublikanın cənub bölgəsinin sosial-iqtisadi inkişafına mühüm töhfəsini verəcək Masallı Sənaye Məhəlləsidir.

 

Səkkiz ayda dəyişən mənzərə

 

Görünən mənzərə onu deməyə əsas verir ki, tezliklə ölkəmizdə daha bir sənaye məhəlləsi fəaliyyətə başlayacaq. Prezident İlham Əliyevin 2016-cı il 13 iyul tarixli sərəncamı ilə yaradılan Masallı Sənaye Məhəlləsi artıq tam hazırdır. Ötən ilin iyul ayında tikintisinə başlanılan məhəllədə bütün işlər yekunlaşıb hazırda rezidentlərin müraciətlərinə baxılır. Tezliklə sənaye məhəlləsinin açılış mərasimi olacaq.

Açılış mərasimindən öncə görülən işlərlə tanış olmaq üçün Masallı rayonuna üz tutduq. Əvvəlcə onu deyək ki, ötən ilin sentyabr ayında burada aparılan tikinti-quruculuq işlərinin gedişatı ilə maraqlanmışdıq. Həmin zaman tikintinin bu ilin mart ayında başa çatacağı bildirilmişdi. Səkkiz aydan sonra əraziyə növbəti səfərimiz zamanı gördüyümüz mənzərə tamamən fərqli idi.

 

Cənub bölgəsində sənayenin inkişafına böyük təkan verilir

 

Öncə onu vurğulayaq ki, 2014-cü ilin oktyabr ayından etibarən sənaye məhəllələrinin fəaliyyətinin təşkili tənzimlənməsi dövlət başçısı tərəfindən İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərənAzərbaycan İnvestisiya Şirkəti” ASC- həvalə edilib. Adıçəkilən qurum Neftçala Sənaye Məhəlləsindən sonra respublikanın cənub bölgəsində sənayenin inkişafına böyük təkan verəcək ikinci bir məhəllənin tikintisini yekunlaşdırıb. Yəni bu istiqamətdə verilən tapşırıqlar yerinə yetirilib.

Məhəllənin tikintisi üçün 10 hektar torpaq sahəsi ayrılsa da, hələlik birinci mərhələdə tikinti-quruculuq işləri 3,54 hektar ərazidə aparılıb. Yəni rezidentlərin sayı artarsa, burada yeni obyektlərin inşa edilməsi üçün kifayət qədər ərazi mövcuddur.

Sənaye məhəlləsinin ərazisində 3 çoxfunksiyalı istehsalat korpusu (6200 m2), ikimərtəbəli inzibati bina (1255 m2 ), texniki bina köməkçi sahələr (738 m2), zəruri infrastruktur (5 Mvt gücündə elektrik, 4003 saat qaz, 4303 saat su, nəqliyyat, internet rabitə sistemi) quraşdırılıb.

Bütün bu işlər ötən ilin iyul ayından bu ilin mart ayına kimi, yəni səkkiz ay müddətində tam başa çatdırılıb. Tikintiyə 200 nəfər işçi cəlb edilib.

 

Poçt, bank mühasibatlıq bir mərkəzdə

 

Hər bir istehsalat sahəsi 6 boksdan ibarətdir. Sənaye məhəlləsində inşa edilmiş inzibati binada sahibkarlar üçün hüquq məsləhətxanası, istehsal edilən məhsulların nümayiş etdirilməsi üçün sərgi salonu, mühasibatlıq, poçt xidməti, bank, ilkin tibbi yardım məntəqəsi, yeməkxana supermarket mövcuddur.

Yəni məhəllədə fəaliyyət göstərəcək sahibkarlara hər cür imkanlar yaradılacaq. İnvestorlar vaxt itkisi olmadan öz məhsullarının satışını həyata keçirmək üçün bu xidmətlərdən yararlanacaqlar. İstehsal olunan məhsullarla bağlı bütün sənədləşmə prosesi məhəllədə həll olunacaq.

 

İlkin olaraq burada 9 müəssisə fəaliyyətə başlayacaq

 

Artıq məhəllədə fəaliyyət göstərmək üçün İqtisadiyyat Nazirliyinə sahibkarlar tərəfindən ümumi dəyəri 33,5 milyon manatdan çox olan 33 layihə təqdim olunub. Masallı Sənaye Məhəlləsində həyata keçiriləcək layihələr əsasən 4 mebel istehsalı, digərləri avtomobil təmiri, alüminium plastik qapı-pəncərə, metal məmulatlar, tikinti materialları, kabel istehsalı dulusçuluq məmulatları, elektrik dirəklərinin təmiri, park bulvarlar üçün skamyaların hazırlanması müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edəcək.

İlkin olaraq məhəllədə 9 müəssisə fəaliyyətə başlayacaq. Bu layihələrin dəyəri 7,1 milyon manat təşkil edir. İlkin mərhələdə fəaliyyətə başlayacaq müəssisələrdə 229 nəfər işçi çalışacaq.

 

Məhəllənin iki rezidenti artıq fəaliyyətə başlayıb

 

Artıq iki rezident məhəllədə fəaliyyətə başlayıb. Müəssisələrdən biri park istirahət mərkəzləri üçün zibil qabları skamyalar, elektrik dirəkləri istehsal edir. Hətta Bakı Dənizkənarı Milli Parkdan Astara dənizkənarı parkdan sifarişlər artıq qəbul edilib.

Digər müəssisə isə stol-stul istehsal edəcək. Hazırda müəssisə icarəyə götürdüyü ərazidə avadanlıqlarını quraşdırır. Burada stol-stulun hazırlanma prosesi, parça kəsilmə, üzləmə rəngləmə sexləri fəaliyyət göstərəcək.

Masallı Sənaye Məhəlləsində yaradılan müasir infrastruktur güzəşt-dəstək sxemləri tamamilə dünya praktikasına uyğundur əminliklə söyləmək olar ki, buradakı şərait investorların ürəyincə olacaq. Eyni zamanda, bu kompleks Masallının iqtisadi inkişafının təmin edilməsinə, kiçik orta sahibkarlığın daha geniş vüsət almasına, ən başlıcası, əhalinin işlə təmin edilməsinə kömək göstərəcək. Eləcə sahibkarlığa, adamlarına xüsusi diqqətin verilməsinə, onların fəaliyyət dairəsinin genişləndirilməsinə xidmət edəcək.

 

Dövlət kiçik sahibkarlara əlverişli şərait yaradır

 

Ölkədə sənaye məhəllələrinin yaradılması dövlət başçısınınSənaye məhəllələrinin yaradılması fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli fərmanı ilə müəyyən edilib. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye xidmət sahələrində fəaliyyət göstərən kiçik orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi əhalinin istehsal, xidmət sahəsində məşğulluğunun artırılmasıdır.

Ümumiyyətlə, sənaye məhəllələri üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi, hazır istehsalat sahələri idarəedici təşkilatın daimi istifadəsinə verilir yalnız sənaye məhəlləsinin fəaliyyəti məqsədi ilə istifadə edilir. Sənaye məhəlləsinin ərazisində torpaqlar sənaye məhəlləsinin iştirakçılarına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə verilir.

Sahibkar öz müəssisəsi üçün infrastrukturun yaradılmasına pul xərcləmir. Sənaye məhəllələrinin ərazisində xarici daxili infrastruktur (elektrik enerjisi isitmə, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektləri, inzibati obyektlər s.) yaradılır. Sadəcə olaraq, sahibkar öz texniki avadanlığını icarəyə götürdüyü ərazidə quraşdırmaqla fəaliyyətə başlayır.

Bir sözlə, bu məhəllələr dövlətin sənaye potensialının inkişaf zəncirində növbəti möhkəm halqaya çevrilməklə ölkənin ixrac strukturunun qeyri-neft sektoru lehinə dəyişdirilməsinə ciddi şəkildə kömək edir.

 

Proqram kimi təqdim edilən layihələr artıq reallaşır

 

İnkişaf etməkdə olan Azərbaycan sənaye sektorunda 2014-cü ildən başlayaraq təşviq olunan innovativ yeniliklər bu sahədə həqiqətən, böyük uğurların əldə olunmasını şərtləndirib.

Prezident İlham Əliyevin tapşırığı ilə şənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi, sənaye parklarının məhəllələrinin yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Artıq demək olar ki, Azərbaycanda fəaliyyət göstərən sənaye park məhəllələrində avtomobildən tutmuş yüzlərlə çeşiddə məhsul istehsal edilərək “Made in Azerbaijan” brendi ilə yerli xarici bazarlara çıxarılır. Hazırda ölkəmizdə Neftçala Sənaye Məhəlləsi fəaliyyət göstərir. Masallı Sənaye Məhəlləsi tezliklə fəaliyyətə başlayacaq. Hacıqabul Sabirabad sənaye məhəllələrində isə tikinti-quruculuq işləri gedir.

Prezident İlham Əliyev ötən ilin sentyabrın 24-də Neftçala Sənaye Məhəlləsinin açılışında vurğulamışdır ki, ölkəmizdə uğurlu sənayeləşmə siyasəti aparılır. Dövlət sənaye məhəllələrinin yaradılması ilə adamlarına dəstək göstərir əvvəlki dövrdə proqram kimi təqdim edilən layihələr artıq reallaşır. Tezliklə bütün rayonlarda sənaye məhəllələri yaradılacaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.- 13 may.- S.1; 5.