Azərbaycanın uzunmüddətli inkişafına xidmət edən qaz kəməri

 

Prezident İlham ƏLİYEV: “Cənub qaz dəhlizireallıqdır. Bu reallığı biz yaratmışıq

 

Bu il fevral ayının 15-də BakıdaCənub Qaz DəhliziMəşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçirildi. Nazirlər Kabinetinin birinci rübün sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham ƏliyevCənub qaz dəhlizilayihəsindən bəhs edərkən bu tədbirin əhəmiyyətini vurğulamışdır. Belə ki, Məşvərət Şurası aparılan müzakirələr nəticəsində bəyanat qəbul etmiş bu sənəddə Azərbaycanın sözügedən layihədə liderliyi bir daha qeyd olunmuşdur.

Cənub qaz dəhlizi”nin yaradılması ilə bağlı önəmli addımlar atılır. Layihənin dörd seqmentindən üçü artıq start xəttindədir. Yaxın aylardaCənub qaz dəhlizi”nin əsas ehtiyat mənbəyi olanŞahdənizyatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilata başlanacaq. İlk qazın əldə edilməsi üçün, demək olar ki, bütün işlər görülüb. “Şahdəniz-2”nin ərazisində bir-birinə körpü vasitəsilə birləşdirilən iki platforma quraşdırılıb. Qazı sahilə ötürən sualtı xətlər çəkilib qəbul etmək üçün Səngəçal terminalında yeni qurğular tikilib.

Şahdənizqazını Azərbaycanın Gürcüstanın ərazisi ilə nəql edən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihəsi yekunlaşmaqdadır. Hacıqabulun Muğan qəsəbəsindən başlayaraq CQBK-nın Azərbaycan hissəsi ilə yanaşı yeni kəmər çəkilib. Azərbaycanda Gürcüstanda bir sıra yerüstü obyektlər tikilib, qurğular quraşdırılıb.

Gürcüstan-Türkiyə sərhədində CQBK-ya qovuşan TANAP (Transanadolu Qaz Boru Kəməri) Azərbaycan qazının yolunu davam etdirəcək. Yaxın aylarda istifadəyə veriləcək bu kəmər qazı Türkiyənin ərazisində təxminən 1900 kilometr məsafə boyu daşıyacaq.

TAP (Transadriatik Qaz Boru Kəməri) Yunanıstandan, Albaniyadan Adriatik dənizinin altından keçməklə qazı İtaliya torpağına nəql edəcək. Bu kəmərin tikintisi rəvan gedir. Prezident İlham Əliyevin dediyi kimi: “Cənub qaz dəhliziartıq reallıqdır. Bu reallığı biz yaratmışıq bu, ölkəmizin uzunmüddətli inkişafı üçün xüsusi əhəmiyyətə malik olan layihədir”.

Cənub qaz dəhlizi”nin təşəbbüsçüsü lideri Azərbaycandır. Bunu təsdiq edən amillərdən biri odur ki, layihənin Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı artıq dördüncü dəfə Bakıda keçirildi.

Xatırladaq ki, Məşvərət Şurasının yaradılması təklifi ilə 2015-ci ildə Azərbaycan çıxış edib. Çünki layihənin gerçəkləşməsi üçün bütün səylərin əlaqələndirilməsinə böyük ehtiyac yaranmışdı.

Beləliklə, həmin il fevralın 12-də Bakıda Məşvərət Şurasının ilk toplantısı keçirildi. Növbəti, 2016-cı ilin fevral ayının 29-da Bakı yenidən Məşvərət Şurasının ikinci iclasına evsahibliyi etdi. 2017-ci il fevralın 23-də şuranın yenidən Bakıda toplanması da sübut etdi ki, AzərbaycanCənub qaz dəhlizikimi möhtəşəm bir layihənin aparıcı qüvvəsidir.

Məşvərət Şurasının bu ilki iclası da Bakıda keçirildi. TədbirdəCənub qaz dəhlizi”nin iştirakçısı olan ölkələrin energetika nazirləri müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak edirdilər.

Qeyd etdiyimiz kimi, toplantının yekunlarına dairBirgə Bəyannaməimzalandı. Bununla bağlı keçirilən mətbuat konfransında bildirildi ki, layihə uğurla icra olunub: “Bu ilin ortalarında Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək, 2020-ci ildə isə Avropaya çatdırılacaq. Çünki dünya qaz bazarına çıxış Azərbaycanın prioritetlərindən biridir. AzərbaycanCənub qaz dəhliziilə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir”.

Məşvərət Şurasının həmsədri M.Şefçoviç bildirmişdir ki, bu ilCənub qaz dəhlizilayihəsi icrası baxımından əlamətdar hadisələrlə yadda qalacaq: “Cənub qaz dəhlizistrateji əhəmiyyətə malik layihədir. Avropanın maliyyə qurumları da bu layihəyə öz dəstəyini göstərir. Avropanın müvafiq bankları artıq həm TANAP, həm TAP-a maliyyə vəsaiti ayırıb”. O həmçinin qeyd etmişdir ki, Türkmənistanın daCənub qaz dəhlizi”nə marağı böyükdür. Transxəzərqaz boru kəməri ilə bağlı Türkmənistan tərəfi ilə danışıqlar aparılır. Azərbaycan da bu prosesdə fəal iştirak edir. Eləcə İranınCənub qaz dəhlizi”nə qoşulması üçün mümkün variantlar nəzərdən keçirilir. Bu, layihənin əhəmiyyətinin daha bir göstəricisidir.

ABŞ-ın Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun nümayəndəsi isə ABŞ-ın Avropada enerji təchizatı marşrutlarının şaxələndirilməsində maraqlı olduğunu nəzərə çatdırmışdır. O, Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçünCənub qaz dəhlizi”ni əhəmiyyətli layihə kimi dəyərləndirmişdir.

Cənub qaz dəhlizilayihəsi iştirakçısı olan bütün tərəflərin uzunmüddətli maraqlarını təmin edəcək. Avropanın enerji xəritəsini dəyişdirəcək bu layihə 7 dövlətin, onlarca şirkət topdan qaz alıcısının sıx əməkdaşlığı sayəsində gerçəkləşir.

Layihədə Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliyaAlbaniya tərəfdaşlıq edirlər. Daha 3 Balkan ölkəsi - Xorvatiya, Monteneqro, BosniyaHerseqovina isə növbəti mərhələlərdə bu sıraya qoşulacaqlar. Başqa sözlə, layihənin coğrafiyası getdikcə genişlənir. Çünki bu, hər bir iştirakçıya fayda gətirən layihədir. Burada tərəfdaşlıq edən bütün ölkələr və şirkətlər qazanc əldə edəcəklər. Artıq elə bir əməkdaşlıq formatı yaradılıb ki, həm hasilatçı, yəni, Azərbaycan, həm tranzit ölkələr, həm də istehlakçılar ortaq maraqlar əsasında çalışırlar.

Layihənin uğurunu təmin edən əsas səbəb də məhz budur, sıx tərəfdaşlığın, qarşılıqlı maraqların yaradılmasıdır. Bu istiqamətdə isə təşəbbüsçüsü Azərbaycan olan Məşvərət Şurasının toplantılarının xüsusi rolu var. Toplantı iştirakçılarının da qeyd etdiyi kimi, “irəliləyişə təkcə kəmərin keçdiyi ölkələrdə göstərilən böyük səylər, görülən işlər sayəsində deyil, həm də bu masa ətrafında yaradılmış yaxşı yaradıcı mühit, mütəmadi məlumat mübadiləsi, bu cür genişmiqyaslı layihə ilə bağlı davamlı olaraq çıxan problem və çağırışları həll etmək üçün göstərilən səylər sayəsində nail olunub”.

Məhz bütün bunlara görə də cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda Azərbaycan Prezidenti Məşvərət Şurasının toplantılarının əhəmiyyətini bir daha vurğulamışdır.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2018.- 13 may.- S.1; 5.