Elbay QasımzadƏ: “Ulu öndərin ölkəmizin memarlıq sənətinin təbliğində və inkişafında böyük xidmətləri olub

 

Ulu öndər Heydər Əliyevin ölkəmizin memarlıq sənətinin təbliğində və inkişafında böyük xidmətləri olub. AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 12-də Azərbaycan Respublikasının Memarlar İttifaqının ümummilli lider Heydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş plenumunda Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə deyib.

Əvvəlcə plenum iştirakçıları “Müasir Azərbaycan memarlığı” sərgisi ilə tanış olublar.

Tədbirin açılış mərasimində çıxış edən E.Qasımzadə ümummilli liderin memarlıq sənətinə olan münasibətindən və bu sahəni dərin bilməsindən söz açıb.

Onun sözlərinə görə, qəlbində memarlığa böyük bir sevgi olan ulu öndərin əsas diqqət yetirdiyi sahələrdən biri də Azərbaycan memarlığı olub.

E.Qasımzadə son illərdə şəhər və qəsəbələrimizin abadlaşdırılması, onların memarlıq simasının zənginləşdirilməsi istiqamətində ölkə başçısının rəhbərliyi ilə görülən işləri xüsusilə vurğulayıb. Qeyd olunub ki, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın tarixi və memarlıq irsinin qorunması və bərpası işinə çox böyük diqqət yetirir.

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı çıxışlar olub. Cümhuriyyətin müasir Azərbaycanın dövlətçilik ənənələrinin formalaşmasında rolu xüsusi qeyd edilib.

Plenumda “Heydər Əliyev və milli mədəni irsin qorunması” mövzusunda Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimlinin məruzəsi dinlənilib. Məruzə ümummilli liderin memarlıq sənətinə göstərdiyi diqqət və qayğını əks etdirən slaydlarla müşayiət olunub.

Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov qeyd edib ki, ümummilli lider bütün mənalı həyatını Azərbaycan xalqına, müstəqil respublikamızın, o cümlədən milli memarlığın inkişafına həsr edib: “Əbədiyaşar şəhərlər salmaq, gözəl binalar tikmək, kənd və qəsəbələri abadlaşdırmaq, insanların həyatını yaxşılaşdırmaq onun həyatının mənasına çevrilmişdi. Dahi rəhbər həm də onun şah əsəri olan müstəqil Azərbaycanın memarı oldu”.

Nəzərə çatdırılıb ki, görkəmli şəxsiyyət Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanı qoruyub saxlamış, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna daim minnətdardır.

Fəttah Heydərov, həmçinin Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Azərbaycan Memarlar İttifaqının katibi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev respublikamızda memarlığın inkişafına, abidələrin qorunmasına böyük töhfələr verib. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi sovet dövründə respublikamızın memarlığı böyük inkişaf yolu keçib. Bu baxımdan ötən əsrin 70-80-ci illərini Azərbaycanın sovet memarlığının intibah dövrü adlandırmaq olar. Çünki bu illərdə ulu öndərin təşəbbüsü ilə respublikada nəhəng işlər görülüb, ölkənin bütün şəhərlərinin baş planları yaradılıb, şəhər və kəndlərimizin siması yenilənib, Bakı şəhərində irihəcmli tikinti işləri həyata keçirilib, Bakı bulvarı inkişaf edib.

Rektor qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ikinci dövrdə də memarlığa, inkişafaquruculuğa həvəsi bu illərdə özünü göstərib. Məhz 90-cı illərin sonunda respublikada tikintinin canlanması onun ölkədə yaratdığı sabitlik, inkişaf ab-havasının nəticəsi idi.

“Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyimövzusunda çıxış edən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Yusif İbrahimli öz məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti ərzində gördüyü işlər barədə ətraflı məlumat verib.

Y.İbrahimli bildirib ki, müsəlman Şərqində ilk demokratikparlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ölkəmizdə yüksək səviyyədə qeyd edilir. Bu ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ilielan edilməsi isə cümhuriyyətin tariximizdə tutduğu yerə verilən böyük qiymətin bariz nümunəsidir.

Nəzərə çatdırılıb ki, 1918-ci ilin mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyəti tarixin ən çətin dövründə üzərinə götürdüyü şərəfli missiyanı uğurla yerinə yetirib. Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv edib, bütün vətəndaşların hüquq bərabərliyi təmin olunub. Ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı qəbul olunub, eləcə də himnigerbi hazırlanıb. Ana dili dövlət dili elan olunub, mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə bu ilin mart ayında Bakıda keçirilmiş Beynəlxalq Memarlar İttifaqının Büro iclasının yekunlarından bəhs edibbunun nəticəsi olaraq 2019-cu ildə Bakıda Beynəlxalq Memarlar ForumununBMİ-nin Baş Assambleyasının keçirilməsinin qərara alındığını bildirib. Sədr bu tədbirin ölkəmizin inkişafında prioritet istiqamətlərdən olan tarixi irsin qorunub saxlanılması və turizmin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirdə Azərbaycan Memarlar İttifaqının üzvlərinə milli memarlıq sənətinin inkişafında xüsusi xidmətlərinə görə “Mikayıl Useynov” xatirə medalı və “Ustad Memar” Peşəkarlıq Şəhadətnaməsi təqdim olunub.

Sonda plenumun qətnaməsi qəbul olunub. Qətnamədə deyilir ki, qarşısına müstəqil, azad, demokratik respublika qurmaq kimi şərəfli məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya göstərdi.

Plenum “Azərbaycan memarları poçt markalarındasilsilə albomunun növbəti buraxılışını ümummilli lider H.Əliyevin respublikaya rəhbərliyi dövründə milli memarlıq irsimizin qorunması həmin dövrdə memarlığın inkişafı sahəsində görülmüş işlərə, inşası həyata keçmiş layihələrin illüstrasiyalarına həsr olunması barədə qərar qəbul edib.

Plenum əmin olduğunu bildirir ki, milli memarlıq irsimizin qorunması memarlığın inkişafı sahəsində görülmüş işlərin tədqiqi ilə bağlı araşdırmaların aparılması davam edəcək Azərbaycan Memarlar İttifaqınin fəaliyyətinin prioritet məsələlərindən biri olaraq diqqət mərkəzində saxlanılacaq.

 

Azərbaycan.- 2018.- 13 may.- S.4.