YAP-ın 25-ci ildönümü
münasibətilə başlanan ağacəkmə
kampaniyası başa çatıb
Kampaniya müddətində ümumilikdə 700 mindən çox ağac əkilib
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25-ci ildönümü münasibətilə başlanan ağacəkmə kampaniyası mayın 12-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, kampaniya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilib.
Tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov və Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Həsənov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, YAP-ın çoxsaylı üzvləri, deputatlar, ictimaiyyətin nümayəndələri, o cümlədən fəal gənclər iştirak ediblər.
Türkan qəsəbəsində keçirilən genişmiqyaslı iməcilikdə müxtəlif növ ağac və kollar əkilib.
Əli Əhmədov
jurnalistlərə müsahibəsində bildirib
ki, bu aksiya
çərçivəsində partiya
üzvlərinin sayı qədər - 700 min
ağac əkmək təşəbbüsü
irəli sürülüb. Bu günə qədər Yeni
Azərbaycan Partiyasının üzvləri tərəfindən
bütün regionlarımızda, kənd
və qəsəbələrimizdə 700 mindən çox ağac əkilib.
Bu aksiya
ekologiyamızın təmizliyinə və ölkəmizdə
yaşıllaşdırma kampaniyasına öz
töhfəsini verəcək. Yeni Azərbaycan
Partiyasının yaradıcısı, Ümummilli
Liderimiz həmişə
yaşıllaşdırmaya, ağac əkilməsinə,
ağaclara qulluq edilməsinə
böyük önəm verirdi.
Prezident İlham
Əliyev də Azərbaycanda yaşıllaşdırma
kampaniyasına böyük önəm verir. Mayın 10-da dövlətimizin
başçısı burada ağacəkmə
mərasimində iştirak edib. Yeni Azərbaycan
Partiyası bu kampaniyalarla,
eyni zamanda, nə qədər
mütəşəkkil və böyük
bir güc olduğunu nümayiş etdirir.
Azərbaycan.- 2018.- 13 may.- S.4.