Yollar yay-turizm
mövsümünə hazırlanır
Abad yol rahatlıq, inkişaf və vaxta qənaət
deməkdir. Bu baxımdan
ölkəmizdə yol
infrastrukturuna verilən
dövlət dəstəyi
xüsusi olaraq qeyd edilməlidir. Son
illər ərzində yolların
tikintisi və yenidən qurulmasına dövlət büdcəsindən
ayrılan vəsait bu sahənin inkişafında yeni mərhələnin əsasını
qoyub.
İsmayıllı rayonundakı
“9 ¹-li Yol İstismarı” MMC 86 kilometr
respublika, 279 kilometr yerli əhəmiyyətli avtomobil yollarına, 23 körpüyə və digər yol qurğularına xidmət
edir. MMC-nin sədri Məhəmməd
Musayev bildirdi ki, son vaxtlar Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki
və yerli əhəmiyyətli yollarda
təmir işləri
aparılıb: “Yollarda
nəqliyyatın təhlükəsiz
hərəkətini təmin
etmək üçün
iş proqramı hazırlanıb. Bu çərçivədə Muğanlı-İsmayıllı
avtomobil yolunun 0-12,
24-25, 27-29-cu kilometrlərində torpaq sürüşməsi
nəticəsində yolun
çiyinlərinə tökülmüş
qrunt kütlələri
yoldan kənarlaşdırılıb,
hərəkət hissəsində
əmələ gəlmiş
qabarmalar, çökmələr
aradan qaldırılıb,
daralmış hissələr
genişləndirilib. Eyni zamanda,
Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki
avtomobil yollarının
asfalt-beton örtüyündəki
çalalar təmir olunub və çiyinləri hamarlanıb,
sınmış siqnal
dirəkləri yeniləri
ilə əvəz olunub. Yolun kənarlarında yerləşən küvetlər,
körpü keçidlərindəki
çayların məcraları,
suötürücü boruların
giriş-çıxışları təmizlənib. Yol nişanlarının
bir qismi yeniləri ilə əvəz edilib”. M.Musayev onu da
əlavə etdi ki, ötən il Muğanlı-İsmayıllı
avtomobil yolunun 0-30 kilometrində yolun hərəkət hissəsində
qabarmalar frezlənmiş,
asfalt-beton örtük
qoyularaq təmir işləri aparılmış,
sürüşmə nəticəsində
daralmış hissələr
genişləndirilmiş, torpaq
kütlələri kənarlaşdırılmışdır.
Məlum olduğu kimi, keçən ilin may-iyun aylarında leysan yağışlar nəticəsində yollara ciddi ziyan dəymişdi. Belə ki, sel suları Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 35-46-cı kilometrdə yolun hərəkət hissəsinə külli miqdarda lil, qum, daş, çınqıl materialı toplanmış və bu yolda nəqliyyatın hərəkəti mümkünsüz olmuşdu. Eyni zamanda, sel suları nəticəsində Basqal-Sulut, Kürdüvan-Mücü, Basqal-Tağlabiyan-Kəlfərəc, Basqal-Qıçatan avtomobil yollarının çınqıl örtüyü yuyulmuş və nəqliyyatın hərəkəti üçün maneələr yaranmışdı. Qısa vaxtda onlar da aradan qaldırılmışdır.
Yerli əhəmiyyətli Pirəbülqasım, Buynuz, Qoşakənd-Gənzə avtomobil yollarında da cari təmir işləri aparılıb. Magistral yoldan Yenikənd kəndinə qədər olan yola çınqıl döşənərək normal vəziyyətə gətirilib. Tircan-Sərdahar avtomobil yolu təmir işləri sayəsində nəqliyyatın təhlükəsiz hərəkəti təmin olunub.
Bahar fəsli yol işçilərinin iş ahəngini daha da artırıb. Hazırda qarlı-yağışlı havalar səbəbindən yollarda yaranmış qüsurların aradan qaldırılması istiqamətində tədbirlər görülür, cari və əsaslı təmir işləri aparılır. Məqsəd həm yerli sakinlərin, həm də tez-tez bölgəni ziyarət edən turistlərin rahatlığına nail olmaqdır.
Əli SƏLİMOV
Azərbaycan.- 2018.- 15 may.- S.6.