Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2, I kitab, maddə 202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654, ¹ 5, maddələr 835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 10, maddə 1608, ¹ 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, ¹ 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹ 2, maddələr 139, 147, 152, 162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr 698, 701, 734, 749, 754, ¹ 6, maddələr 1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296, 1297, 1299, ¹ 11, maddələr 1964, 1966, 1969, 1979, ¹ 12, I kitab, maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə 19; Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 969-VQD nömrəli, 2018-ci il 1 fevral tarixli 981-VQD, 984-VQD nömrəli, 13 fevral tarixli 1002-VQD nömrəli, 6 mart tarixli 1035-VQD və 1038-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 410-cu maddə üzrə:
1.1. adında və 410.1-ci maddədə (birinci halda) “Dövlət büdcəsindən” sözlərindən sonra “və büdcədənkənar dövlət fondlarından” sözləri əlavə edilsin;
1.2. 410.1-ci (ikinci və üçüncü hallarda), 410.2-ci və 410.3-cü maddələrdə “dövlət büdcəsindən” sözlərindən sonra “və büdcədənkənar dövlət fondlarından” sözləri əlavə edilsin.
2. 460-cı maddənin adına və dispozisiyasına “və ya məcburi dövlət sosial sığorta haqlarını” sözlərindən əvvəl “, işsizlikdən sığorta” sözləri əlavə edilsin.
3. Aşağıdakı məzmunda 477-1-ci maddə əlavə edilsin:
“Maddə 477-1. İşsizlikdən sığorta haqqında qanunvericiliyin pozulması
477-1.1. Sığortaedən tərəfindən işsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına, yəni:
477-1.1.1. sığortaedən kimi sığortaçıda qeydiyyata durmamasına;
477-1.1.2. işçiləri işsizlikdən sığorta etdirməməsinə;
477-1.1.3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəməməsinə;
477-1.1.4. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə uyğun olaraq işçiyə xəbərdarlıq edildiyi gündən 5 gün müddətində həmin işçinin peşəsi, ixtisası və əməkhaqqı barədə sığortaçıya rəsmi məlumat verməməsinə;
477-1.1.5. sığorta haqqının hesablanmasına və ödənilməsinə, sığorta ödənişinin təyin edilməsinə əsas olan məlumatları sığortaçıya (elektron və ya kağız daşıyıcıda) təqdim etməməsinə;
477-1.1.6. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda özünün yenidən təşkil olunması və ya ləğv edilməsi barədə sığortaçıya məlumat verməməsinə;
477-1.1.7. sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunu düzgün aparmamasına və bu barədə sığortaçıya hesabatı təqdim etməməsinə, sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanılmasını təmin etməməsinə görə -
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.
477-1.2. Sığortaolunan tərəfindən sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verilməməsinə görə -
inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında cərimə edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 aprel 2018-ci
il
Azərbaycan.- 2018.-16 may.- S.3.