Avropa Gənclər Olimpiya
Festivalının 2019-cu ildə Bakı şəhərində
keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin
yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Avropa Olimpiya Komitəsinin təşəbbüsü ilə 2019-cu il 20-28 iyul tarixlərində Avropa Gənclər Olimpiya Festivalının Bakı şəhərində keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu, Azərbaycanın idman siyasətinin növbəti qələbəsi və beynəlxalq federasiyaların ölkəmizdə aparılan işlərə, həmçinin idman və bədən tərbiyəsi sahəsində nailiyyətlərimizə verilən qiymətin daha bir təzahürüdür. Respublikamızın artan potensialı nəticəsində son illər Azərbaycanda beynəlxalq miqyaslı tədbirlərin, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının, dünya kuboku və Qran-pri yarışlarının uğurlu təşkilinin ənənəvi hal alması Avropa Gənclər Olimpiya Festivalının da yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2019-cu il 20-28 iyul tarixlərində Avropa Gənclər Olimpiya Festivalının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Avropa Gənclər Olimpiya Festivalının 2019-cu il 20-28 iyul tarixlərində Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Təşkilat Komitəsi sədrinin müavini
Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Təşkilat Komitəsinin üzvləri
Yusuf Məmmədəliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
Kəmaləddin Heydərov - Azərbaycan
Respublikasının fövqəladə
hallar naziri
Şahin Mustafayev - Azərbaycan Respublikasının
iqtisadiyyat naziri
Samir Şərifov - Azərbaycan Respublikasının
maliyyə naziri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının
vergilər naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının
səhiyyə naziri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının
mədəniyyət naziri
Ramin Quluzadə - Azərbaycan Respublikasının
nəqliyyat, rabitə
və yüksək texnologiyalar naziri
Ceyhun Bayramov - Azərbaycan
Respublikasının təhsil
naziri
Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin
sədri
Mədət Quliyev - Azərbaycan
Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin
rəisi
Elçin Quliyev - Azərbaycan Respublikası
Dövlət Sərhəd
Xidmətinin rəisi
Vüsal Hüseynov - Azərbaycan
Respublikası Dövlət
Miqrasiya Xidmətinin rəisi
Cahangir Əsgərov - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
prezidenti
Etibar Pirverdiyev - “Azərenerji” Açıq
Səhmdar Cəmiyyətinin
prezidenti
Balababa Rzayev - “Azərişıq”
Açıq Səhmdar
Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə - Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Anar Ələkbərov - Heydər Əliyev Mərkəzinin direktoru
Vüsal Kərimli
- Bakı Nəqliyyat Agentliyinin direktoru
Ülvi Mehdiyev - Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Ağacan Əbiyev - Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsinin baş katibi
Xəzər İsayev
- Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Azər Əliyev
- Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsinin baş katibinin köməkçisi
Fərid Mansurov -
Olimpiya çempionu.
2. Bu sərəncamın
1-ci hissəsi ilə yaradılan Təşkilat
Komitəsi 2019-cu il 20-28 iyul tarixlərində Avropa Gənclər Olimpiya Festivalının Bakı şəhərində keçirilməsinə
dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 may 2018-ci il
Azərbaycan.- 2018.- 16 may.- S.2.