Azərbaycan münaqişənin tezliklə həlli üçün intensiv
danışıqlara hazırdır
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 15-də Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a bildirib ki, görüşdə Azərbaycanda və Ermənistanda seçki prosesinin başa çatdığı nəzərə alınaraq, danışıqların intensiv şəkildə davam etdirilməsinin vacibliyi qeyd olunub.
Nazir Elmar Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həll edilməsi üçün intensiv danışıqlara hazırlığını bir daha ifadə edib.
Görüş
əsnasında danışıqlar prosesinin
irəlilədilməsi üçün
ATƏT-in Minsk qrupunun
həmsədrləri tərəfindən həyata keçiriləcək
tədbirlər, həmçinin regiondakı vəziyyət ətraflı
müzakirə olunub.
Azərbaycan.-
2018.-16 may.- S.4.