Prezident İlham Əliyev Naxçıvan
şəhər Qaraxanbəyli inzibati ərazi
dairəsində 6 saylı tam orta məktəbin
açılışını edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan şəhər
Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird
yerlik 6 saylı tam orta məktəbin
açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Neft Azərbaycanın milli sərvətidir” deyimi yeni yüzillikdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tarixində başqa bir modeldə həqiqətə çevrildi. Azərbaycan Prezidentinin dünya ictimaiyyətinə ünvanladığı “Qara qızılı insan kapitalına çevirmək” mesajı 2003-cü ildən başlayaraq dövlət siyasətinin mühüm tərkib hissəsi oldu. Çünki müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür.
Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da təhsildəki nailiyyətlər göz qabağındadır. Bu nailiyyətlər istər bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsində, istərsə də yeni təhsil müəssisələrinin inşasında özünü daha aydın göstərir. Təhsil sahəsi hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca amil seçib.
Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış oldu.
Məktəbin binası üçmərtəbəlidir. Binada iki kompüter sinfi, 3 elektron lövhəli sinif, fizika, kimya və biologiya laboratoriyaları, 2 şahmat sinfi, hərbi kabinet, 24 ümumi sinif otağı, müəllimlər otağı və idman zalı var. Məktəbin həyətində qazanxana və bufet binası tikilib. Bir sözlə, burada şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli imkanlar mövcuddur.
Son illərdə Azərbaycanın
hər yerində olduğu kimi,
Naxçıvan Muxtar Respublikasında da yeni-yeni təhsil
ocaqlarının yaradılması, mövcudlarının əsaslı
şəkildə müasir səviyyədə
yenidən qurulması dövlət səviyyəsində təhsil
sahəsinə olan diqqətin təzahürüdür.
Bütün bunlar gələcək nəslin
bilikli, savadlı və intellektual
səviyyəyə malik bir
vətəndaş kimi yetişməsində
mühüm rol
oynayır. Ümumilikdə, son illərdə
Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycanda təhsilin, elmin inkişafına istiqamətlənən çox mühüm layihələr
icra olunub. Təsadüfi
deyil ki, son illərdə ölkə ərazisində 3
mindən çox məktəb tikilib, bir çox
məktəb binaları üçün yeni korpuslar inşa olunub. Bununla da təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində əhəmiyyətli addımlar
atılıb. Bütün bunlar
isə Azərbaycanın hər yerində olduğu
kimi, Naxçıvan Muxtar
Respublikasında da təhsilin keyfiyyətinə
müsbət təsir göstərib.
Azərbaycan.-
2018.- 17 may.- S.3.