İstanbulda Azərbaycan və Gürcüstan parlament sədrləri arasında görüş olub

 

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ilə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze arasında görüş olub.

AZƏRTAC xəbər verir ki, görüş İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 25-ci ildönümünə həsr olunmuş Spikerlərin Sammiti çərçivəsində keçirilib.

Azərbaycan-Gürcüstan münasibətlərinin tarixi köklərə bağlı olduğunu vurğulayan spiker İrakli Kobaxidze iki qonşu ölkə arasındakı əlaqələrin dinamik inkişafından, o cümlədən həyata keçirilən birgə layihələrin tarixi əhəmiyyətindən bəhs edib. İ.Kobaxidze Oqtay Əsədovu Gürcüstana səfərə dəvət edib.

Ölkələrimiz arasındakı mövcud səmimi dostluqmehriban qonşuluq münasibətlərindən danışan Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan-Gürcüstan əməkdaşlığı nümunəvi olmaqla bərabər, xalqlarımızın maraqlarını da tam şəkildə ifadə edir. Gürcüstana dəvəti qəbul edən Oqtay Əsədov, öz növbəsində, İrakli Kobaxidzeni də ölkəmizə səfərə dəvət edib.

Hazırda uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neftqaz, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də perspektivdə olan TANAP və TAP layihələrinin icra vəziyyəti yüksək qiymətləndirilib.

Ölkələrimiz arasındakı münasibətlərin inkişafında Azərbaycan və Gürcüstan parlamentlərinin üzərinə məsuliyyətli və şərəfli düşdüyünü diqqətə çatdıran tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparıblar.

 

Azərbaycan.- 2018.-17 may.- S.6.