“Azərbaycan Respublikası hökuməti ilə
Əfqanıstan İslam Respublikası
hökuməti arasında hava əlaqəsi
haqqında” Sazişin təsdiq edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası hökuməti ilə Əfqanıstan İslam Respublikası hökuməti arasında hava əlaqəsi haqqında” 2017-ci il dekabrın 1-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel
2018-ci il
Azərbaycan.- 2018.-17 may.- S.7.