“Sosial sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununu “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 5, maddə 348; 1999, ¹ 11, maddə 609; 2000, ¹ 11, maddə 776; 2001, ¹ 9, maddə 576, ¹ 12, maddələr 733, 736; 2002, ¹ 12, maddə 706; 2004, ¹ 7, maddə 505, ¹ 12, maddə 976; 2005, ¹ 1, maddə 2, ¹ 12, maddə 1082; 2006, ¹ 11, maddə 923, ¹ 12, maddə 1018; 2007, ¹ 1, maddə 4, ¹ 12, maddə 1193; 2008, ¹ 2, maddə 49, ¹ 4, maddə 254, ¹ 6, maddə 462, ¹ 7, maddə 602; 2009, ¹ 12, maddə 970; 2010, ¹ 4, maddə 276, ¹ 11, maddə 949; 2011, ¹ 10, maddə 883; 2013, ¹ 11, maddə 1284, ¹ 12, maddə 1487; 2014, ¹ 10, maddə 1171; 2016, ¹ 4, maddə 657, ¹ 6, maddə 971; 2017, ¹ 3, maddə 336, ¹ 7, maddə 1279, Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 976-VQD nömrəli və 6 mart tarixli 1029-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü maddənin ikinci hissəsinin onuncu abzasının sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və on birinci abzası ləğv edilsin;
2. 6-cı maddənin birinci hissəsinin doqquzuncu abzasının sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və onuncu abzası ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 aprel
2018-ci il
Azərbaycan.- 2018.-18 may.- S.2.