Zaqatala balı Yaponiyada satılır

 

İxracın daha da genişləndirilməsi üçün istehsalçılardan beynəlxalq standartlara uyğunluğu  təsdiqləyən sertifikat tələb olunur

 

Arıçılıq Zaqatalada geniş yayılmış sahələrdəndir. Bu sahənin inkişafı, ixracın genişləndirilməsi məqsədilə rayondaBoz Qafqazcinsinə mənsub arılar yetişdirilərək artırılır fermerlər  yüksək məhsuldar, cavan arı ailələri ilə təmin edilirlər. Hazırda rayonun 1100-dən artıq arıçılıq təsərrüfatında 21 minədək əsasənBoz QafqazKarpatcinsinə mənsub arı ailəsi saxlanılır. Bu təsərrüfatlarda il ərzində təxminən 200 ton bal, 3 ton mum, 300 kiloqram çiçək tozu, 100 kiloqram vərəmum, 5-6 kiloqram arı südü əldə edilir.

Azərbaycan Arıçılar Assosiasiyasının Zaqatala rayon şöbəsinin rəhbəri arıçılıq fəaliyyəti ilə məşğul olan Möhbüddin Qurbanəliyev deyir ki, arıçılığa dəstək üçün hər arı ailəsinə görə 5 il müddətinə 10 manat subsidiya ayrılması yaxşı haldır: “Bu vəsait 50-100 arı ailəsi olan arıçının köç dərman preparatları ilə təmin olunmasına böyük dəstəkdir”. M.Qurbanəliyev 1985-1993-cü illər ərzində rayondakı arıçılıq sovxozunda işləyib. Ölkədə gedən torpaq islahatından sonra pay şəklində ona düşən az sayda arıdan təsərrüfat yaradıb tədricən arı ailələrinin sayını artırıb. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi Türkiyənin TİKA təşkilatı ilə sıx əlaqə qurub. Hazırda təxminən 300-ə yaxın arı təknəsi olan M.Qurbanəliyev bu işlə ailəlikcə məşğuldur.

O bildirir ki, iki il əvvəl yaradılmış Arıçılar Assosiasiyası arıçılığın inkişafına təkan verir. Məhz bu qurum çərçivəsində rayondakı arıçılar qeydiyyata alınır onlar üzvlüyə qəbul edilir. Artıq üzvlərin sayı 380 nəfərdən çoxdur. Onların bəzilərinin hətta öz əmtəə nişanları altında ştrix-kodu, sertifikatı var.

M.Qurbanəliyev hazırda 5-6 adda arı məhsulunun realizəsi ilə məşğuldur. O, bu işdə  təcrübə toplamaq üçün ABŞ, Almaniya, İsveçrə, İngiltərə Türkiyədə olub. Həmin ölkələrdə öyrənib ki, dünyada 14 adda arı məhsulu var. Azərbaycanda isə onların çoxu haqqında, demək olar ki, məlumat yoxdur.

Hazırda istehsal olunan məhsulun kütləvi satışında müəyyən çətinliklər olduğunu deyən müsahibimizin sözlərinə görə, hələ məhsullarını marketlərə çıxarmaqda problemləri var: “Bunun üçün sertifikatlar lazımdır. İndi bu məsələni həll etməyə çalışırıq”. Strateji hədəf isə bu əvəzsiz nemətin xarici bazara çıxışına nail olmaqdır.  Hətta xaricə çıxış üzrə ilk addım da atılıb. Keçən il 13 ton Zaqatala balı “Made In Azerbaijan” brendi altında Yaponiyaya ixrac olunub. Amma sifarişçinin göndərdiyi 45 kiloqramlıq çəlləklərdə. Onlar üçün maraqlı olan ilk vacib amil balın ekoloji təmizliyi, tərkibində kimyəvi qatqının olmamasıdır. Bundan başqa, arıya verilən ammitrat tərkibli dərmanlardan imtina edilməsi tələblər sırasındadır. Arı dərman vurulmuş meşə zolağı ya tarladan şirə çəkərsə, həmin balda kimyəvi qatqı qala bilər. Ona görə Türkiyədə artıq həmin dərmanlar istifadə edilmir.

Müsahibimiz deyir ki, müraciət əsasında Birləşmiş Ərəb Əmirliklərinə analiz üçün bal göndərilib. 10 gündən sonra cavab gəlib ki, bal analizdən keçib. Tərkibi çox zəngin, təbii heç bir kimyəvi qatqısı yoxdur. Lakin tələb ondan ibarətdir ki, mütləq bunun üçün dünyada qəbul edilən İMO İSO standartlarına uyğunluğu təsdiqləyən sertifikat olmalıdır. Bu olarsa, Ərəbistana arı məhsullarını ixrac etmək mümkündür.

2011-2015-ci illərdə Almaniya Əməkdaşlıq Təşkilatı ilə əlaqəli işlədiklərini deyən həmsöhbətimizin sözlərinə görə, onlara orqanik sertifikat veriləcəkmiş. Lakin bəzi texniki problemlər prosesi başa çatdırmağı əngəlləyib.    

Bu günlərdə isə BMT-nin ekologiyanın qorunması kənd təsərrüfatı sahəsinə dəstək verən proqram layihəsinin nümayəndələri Zaqatalada arıçılara qonaq olublar. Onlar ümumi vəziyyətlə bağlı tanışlıqdan sonra bu yöndə yayda proqram layihə reallaşdıracaqlarını həmin sertifikatı verməyə hazır olduqlarını bildiriblər.

Görünən odur ki, tonlarla Azərbaycan balını “Made In Azerbaijan” brendi altında ixrac etmək imkanı yaranıb. Bunun üçün keyfiyyətli məhsul da var, potensial alıcılar da... Qalır indiyədək diqqətdən kənarda qalan bir sıra texniki məsələlərin həlli. Onlar da yoluna qoyulduqdan sonra, yəqin ki, arıçılıqla məşğul olan fermerlər xarici bazarlara çıxa biləcəklər.

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2018.-18 may.- S.1; 3.