Konqres iştirakçılarının şərəfinə qala gecə təşkil olunub

 

Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının təşkilatçılığı ilə Bakı şəhərində keçirilən Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Cəmiyyətinin 1-ci Konqresi işini  davam etdirir.

21 ölkədən 156 nümayəndənin iştirak etdiyi konqres çərçivəsində dünya səviyyəsində tanınmış cərrahların hərbi cərrahiyyə sahəsində yeni innovativ yanaşmalar haqqında çıxışları dinlənilmiş, qabaqçıl təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə geniş fikir mübadiləsi aparılmışdır.

Elite Events Hall” zalında konqres iştirakçılarının şərəfinə qala gecə də təşkil olunmuşdur.

Gecədə Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin baş dirijoru mayor Səməd Vəkilovun, rəqs ansamblının bədii rəhbəri, Azərbaycan Respublikasının əməkdar artisti Nailə Məmmədzadənin rəhbərlik etdikləri yaradıcı kollektivlərin çıxışları böyük maraqla qarşılanmışdır.       

Rəqs ansamblının ifasında millixarici ölkələrin rəqsləri, DSX nümunəvi hərbi orkestrinin solistləri Tural Ağasıyevin və Fəxri Kazım Nicatın, Azərbaycan Respublikasının əməkdar artisti Afaq Abbasovanın, tanınmış estrada müğənnisi Dilarə Kazımovanın ifasında Azərbaycan və əcnəbi bəstəkarların əsərləri konsertə rəngarənglik qatmışdır.

 

Azərbaycan.- 2018.- 18 may.- S.3.