Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi Kosta Rika Respublikasının xalqı və Hökuməti adından səmimi qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının gələcəyi bizdə inam və nikbinlik yaradır, ölkələrimiz arasında qurulmuş dostluq münasibətlərinin xalqlarımız üçün qarşılıqlı faydalı layihələrə təkan verəcəyinə ümid edirik.

Zati-aliləri cənab Prezident, mənim xarici işlər və etiqad naziri vəzifəsində müddətim başa çatıb. Lakin bu vəzifədə olduğum dövrdə bir neçə dəfə səfər etdiyim Sizin ölkənizə bir daha səmimi minnətdarlığımı bildirmək üçün bu xoş fürsətdən istifadə etmək istəyirəm. Səfərlərim zamanı xalqlarımızın qonaqpərvərliyindəki bənzərliklərin şahidi oldum.

Əminəm ki, ölkələrimiz arasında son illər müşahidə olunan yaxınlaşma bundan sonra da davam edəcək və tezliklə Latın Amerikası ilə Qafqaz regionunu yeni beynəlxalq birgə fəaliyyət formasında yaxınlaşdıracaq əməkdaşlıq layihələrinin şahidi olacağıq.

Bir daha Sizi səmimi qəlbdən təbrik edir, Azərbaycan xalqına Kosta Rika xalqının ən səmimi və qardaş salamlarını çatdırıram.

Fürsətdən istifadə edərək bir daha Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm.

Hörmətlə,

 

Manuel A.Qonzalez Sanz

Kosta Rika Respublikasının

sabiq xarici işlər və etiqad naziri

 

Azərbaycan.- 2018.-19 may.- S.3.