Las-Veqas şəhərinin meri Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi ilə bağlı təbrik bəyannaməsi imzalayıb
ABŞ-ın
Nevada ştatının Las-Veqas şəhərinin meri Karolin Qudman Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
ilə bağlı təbrik bəyannaməsi
imzalayıb.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər
ki, konsulluğa ünvanlanmış bəyannamədə
Las-Veqas şəhərinin
meri Azərbaycan xalqını bu xüsusi yubiley münasibətilə təbrik
edərək, xoş arzularını çatdırır. Sənəddə, həmçinin Azərbaycan-ABŞ
dostluq və tərəfdaşlıq əlaqələrinin
davamlı inkişafından
məmnunluq ifadə edilir.
Qeyd edək ki, dünyanın
əyləncə paytaxtı
adlandırılan Las-Veqas
şəhəri ABŞ-ın
ən çox ziyarət olunan turizm məkanlarından biridir. Əhalisinin sayına görə
Nevada ştatının ən
böyük şəhəri
olan Las-Veqas ştatın ən aparıcı mədəni,
maliyyə və biznes mərkəzidir.
Azərbaycan.- 2018.- 24 may.- S.4.