Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi Xorvatiya Respublikasının
vətəndaşları adından
və şəxsən
öz adımdan səmimi qəlbdən təbrik edir, ölkənizin və xalqınızın firavanlığı
üçün ən
xoş arzularımı
bildirməkdən məmnunluq
hissi duyuram.
Xorvatiya Respublikası ilə Azərbaycan Respublikası arasında son illər ərzində çox gözəl münasibətlər formalaşıb. Ölkələrimiz arasında mövcud olan bu dostluq və tərəfdaşlıq münasibətləri ikitərəfli və qlobal əhəmiyyətə malik dialoq və əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsinə əlavə təkan verəcək. Əminəm ki, bir çox sahələri əhatə edən əməkdaşlığımız xalqlarımız arasında qarşılıqlı anlaşma və dostluq münasibətləri naminə bundan sonra da möhkəmlənməkdə davam edəcək.
Sizinlə bu ilin sentyabr ayında Xorvatiya Respublikasına planlaşdırdığınız səfəriniz zamanı görüşməyi səbirsizliklə gözləyirəm. Əminəm ki, bu səfər dostluq münasibətlərimizin və Xorvatiya ilə Azərbaycan arasında mövcud olan hərtərəfli münasibətlərin qarşıdakı dövrdə daha da güclənməsinə əlavə stimul verəcək.
Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin.
Hörmətlə,
Kolinda Qrabar-Kitaroviç
Xorvatiya Respublikasının
Prezidenti
Azərbaycan.- 2018.- 23 may.- S.2.