Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - Respublika
Günü münasibətilə
Zati-alinizi və Azərbaycan xalqını
Hindistan Hökuməti
və xalqı adından, şəxsən
öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Hindistan ilə Azərbaycan arasında tarixi əlaqələrə və inkişaf edən ikitərəfli əməkdaşlığa əsaslanan səmimi dostluq münasibətlərinin mövcud olduğunu qeyd etməkdən məmnunluq duyuram. Həqiqətən əlamətdar haldır ki, uzunömürlü dostluq münasibətlərimiz illər ərzində bir çox sahələrdə möhkəmlənib və dərinləşib.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Möhtərəm Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Ram Nat Kovind
Hindistan Respublikasının
Prezidenti
Azərbaycan.- 2018.- 23 may.- S.2.