Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə, Azərbaycan Respublikasının hökumətinə və xalqına Avstraliya hökuməti və xalqı adından ən səmimi arzularımı çatdırıram.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Avstraliya ilə Azərbaycan arasında səmimi dostluq münasibətləri mövcuddur. Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri, senator Konçetta Fierravanti-Uellsin 2017-ci ilin iyun ayında dövlətlərimiz arasında ikitərəfli münasibətlərin qurulmasının 25 illiyini qeyd etmək üçün Bakıda səfərdə olmasını məmnuniyyətlə xatırlayıram.
Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü həmişə qətiyyətlə dəstəkləyib və biz gələcəkdə də bu dəstəyimizi davam etdirəcəyik. Mən, həmçinin bu il müstəqilliyinin 100 illiyini qeyd edən Azərbaycan dövlətini təbrik edirəm.
Ölkələrimiz arasında parlamentlər səviyyəsində və siyasi münasibətlər sahəsində çox sıx əməkdaşlıq mövcuddur. Əminəm ki, xüsusilə dövlətinizin öz iqtisadiyyatını şaxələndirilməsi istiqamətində səylər göstərməkdə maraqlı olduğu bir dönəmdə qarşıdakı illərdə Avstraliya ilə Azərbaycan arasında ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığımızı daha da artıra bilərik.
İnanıram ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri növbəti illərdə də inkişaf edəcəkdir.
Hörmətlə,
Piter Kosqrov
Avstraliya İttifaqının
General-Qubernatoru
Azərbaycan.- 2018.- 23 may.- S.2.