Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Cənab Prezident, Dünya Səhiyyə Təşkilatının Azərbaycanla əməkdaşlığını insanların sağlamlığı, eləcə də onların milliqlobal səviyyədə əmin-amanlığı naminə daha da möhkəmləndirmək barədə niyyətini Sizə bir daha bəyan etməkdən şərəf hissi duyuram.

Böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, bu il iyulun 4-dən 6-dək Sizin ölkənizə səfər edəcəyəm və bu səfər zamanı Sizinlə görüşməkdən böyük şərəf hissi duyacağam. Rəhbərlik etdiyim təşkilat ölkənizin Xarici İşlər, Səhiyyə nazirlikləri, Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəliyi, Dünya Səhiyyə Təşkilatının Avropa regional ofisi və ölkənizdəki ofisi ilə Azərbaycan və Dünya Səhiyyə Təşkilatı üçün qarşılıqlı faydalı olan proqramın işlənib hazırlanmasında və gözlədiyi nəticələrin əldə olunması istiqamətində sıx əməkdaşlıq edəcək. İyul ayında Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

 

Tedros Adxanom Qebreyesus

Dünya Səhiyyə Təşkilatının baş direktoru

 

Azərbaycan.- 2018.-23 may.- S.2.