Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvləri adından təbrik etməkdən məmnunluq duyuram.
Əminik ki, prezidentliyinizin dördüncü dönəmində Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında bütün sahələrdə, o cümlədən ümumi təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizmə qarşı mübarizə, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli yollarının axtarılması, gələcək strateji tərəfdaşlığa dair saziş çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi, sərmayə qoyuluşunun və enerji mübadiləsinin, ikitərəfli mədəni əlaqələrin inkişafı, frankofoniyanın təbliği və digər istiqamətlərdə dostluq münasibətləri daha da güclənəcək.
Cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Pyer Alen Rafan
Fransa Milli Assambleyasının
Fransa-Azərbaycan dostluq
qrupunun rəhbəri
Azərbaycan.- 2018.-23 may.- S.2.