Azərbaycan Respublikasının Prezidenti
zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab
Prezident!
Azərbaycan Respublikasının
milli bayramı - Respublika Günü münasibətilə Çin
hökuməti və Çin xalqı adından, şəxsən
öz adımdan Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi
və ən xoş arzularımı bildirməkdən şərəf
duyuram.
Son illərdə Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir, cəmiyyətdə sabitlik və həmrəylik müşahidə olunur, Azərbaycanın beynəlxalq arenada statusu və təsiri gündən-günə artır. Azərbaycanın yaxın dostu kimi Çin buna ürəkdən sevinir. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük diqqət yetirirəm, iki ölkənin və onların xalqlarının xeyrinə qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələrində yeni uğurlara nail olmaq üçün Sizinlə birgə səy göstərməyə hazıram.
Azərbaycan xalqına tərəqqi və əmin-amanlıq arzulayıram. Sizə cansağlığı və ən xoş arzular diləyirəm.
Hörmətlə,
Si CİNPİN,
Çin Xalq Respublikasının Sədri
Azərbaycan.- 2018.- 25 may.- S.3.