Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Sizi və xalqınızı təbrik edirəm. Ölkənizə səmimi qəlbdən davamlı uğurlar, firavanlıq və sülh arzulayıram.

Bu il Azərbaycan və Litva xalqları müstəqil dövlətin qurulmasına aparan mürəkkəb yolu, əlamətdar yubileyləri birgə qeyd edirlər. Mən tam əminəm ki, ölkələrimizin qüdrətli və firavan dövlət və açıq cəmiyyətlər qurmaq uğrundakı ortaq maraqları Litva və Azərbaycan arasında dialoqu ikitərəfli formatdaAvropa İttifaqı ilə münasibətlər kontekstində daha da möhkəmləndirmək üçün güclü təkan olaraq qalır.

İnanıram ki, ticarət, energetika, innovasiyalar, təhsil, mədəniyyət və bir çox sahələrdə qarşılıqlı anlaşmaya əsaslanan açıq əməkdaşlığın daha da möhkəmləndirilməsi vətəndaşlarımız arasında birgə səmərəli fəaliyyət üçün yeni imkanlar açacaq.

Cənab Prezident, icazə verin bir daha milli bayramınız münasibətilə Sizə təbriklərimi çatdırım və bütün Azərbaycan xalqına gözəl bayram arzulayım.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Dalya Qribauskayte

Litva Respublikasının Prezidenti

 

Azərbaycan.- 2018.- 25 may.- S.3.