Azərbaycan Respublikasının Prezidenti
zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu aleykum varahmatullahi vabarakatuhu!
Hörmətli cənab Prezident, ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi İraq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan təbrik edirəm.
Fürsətdən istifadə edərək İraq Respublikasının ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əlaqələri xalqlarımızın mənafeyi naminə inkişaf etdirmək və möhkəmləndirmək istəyini bir daha vurğulayıram.
Möhtərəm cənab Prezident, Sizə davamlı uğurlar və möhkəm cansağlığı, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.
Ən dərin hörmətlə,
Fuad MƏSUM,
İraq Respublikasının Prezidenti
Azərbaycan.- 2018.- 25 may.- S.3.