Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sizi təbrik etməkdən böyük məmnunluq hissi duyuram. Ölkənizin və xalqınızın xoşbəxtliyi və rifahı üçün ən xoş arzularımı çatdırıram.

Zati-aliləri, ölkənizdə turizm sənayesinin inkişafına göstərdiyiniz şəxsi dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Bu dəstək Sizin rəhbərlik etdiyiniz hökumətin turizm sahəsinə ölkənin davamlı sosial-iqtisadi inkişafında əsas vasitə kimi yanaşmasının əhəmiyyətini təcəssüm etdirir.

Sizin sərəncamınızla ölkənizdə Dövlət Turizm Agentliyinin təsis olunması məni çox sevindirdi. Biz artıq Agentliyin sədri ilə əlaqə saxlamışıq və Azərbaycanın turizm sənayesinin gələcək inkişafı üçün üzərinə götürdüyü öhdəliklərlə bağlı tam dəstəyimizi ifadə etmişik.

Cənab Prezident, Sizi bir daha təbrik edirəm. Sizə olan ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Zurab POLOLİKAŞVİLİ,

Dünya Turizm Təşkilatının baş katibi

 

Azərbaycan.- 2018.- 25 may.- S.3.