Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bugünkü Azərbaycan inkişaf və tərəqqi yolunda fasiləsiz və dinamik irəliləyiş nümunəsidir. Ölkəniz Azərbaycan xalqının həyatının hərtərəfli yaxşılaşdırılması naminə bütün istiqamətlərdə uğurla inkişaf edirbu uğurlarda Sizin çox böyük xidmətiniz var.

Tərəfdaşlarınızla qarşılıqlı maraqlar əsasında qurulan münasibətlər, Bakının dəqiq xarici siyasəti ölkənizin imkanlarını artırmağa şərait yaradır, beynəlxalq aləmdə nüfuzunu yüksəldir.

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) maraq və diqqətinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə dialoqun tərəfdaşı kimi ŞƏT məkanında keçirilən tədbirlərdə getdikcə daha tez-tez və fəal iştirak edir. Azərbaycanın səfirliyi tərəfindən bu yaxınlarda Pekində keçirilmiş Mədəniyyət Günü buna parlaq sübutdur. Bu tədbir milli və ənənəvi dəyərlərin nümayiş etdirildiyi parlaq bir aksiya, Azərbaycan xalqının sabitiqtisadi cəhətdən inkişaf edən bir dövlətdə yaşamaq istəyinin nümayişi oldu.

Zati-aliləri, icazə verin, Sizə möhkəm cansağlığı, respublikanın rifahı naminə məsul dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycanın bütün vətəndaşlarına sülh və firavanlıq diləyim.

Dərin hörmətlə,

 

Rəşid Əlimov

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi

 

Azərbaycan.- 2018.- 25 may.- S.3.