İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al
Hüseynə
Əlahəzrət!
Əziz qardaşım!
İordaniya Haşimilər Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may
2018-ci il
Azərbaycan.- 2018.-25 may.- S.3.