İlham Əliyev müstəqillik dövrünün
ən böyük əfvini elan etdi
Prezident bu dəfə 634 ailəni sevindirdi
Azərbaycanın dövlət müstəqilliyinin
1993-cü ilin iyunundan
sonrakı dövrünü
xarakterizə edən amillərdən biri cəmiyyətdə insanlıq
və humanizm prinsiplərinə xidmət
edən siyasətin bərqərar olmasıdır. Belə ki,
həmin vaxt ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından
sonra demokratikləşmə
mərhələsinə qədəm
qoyan Azərbaycanda
humanist aktların həyata
keçirilməsi ənənəsinin
də təməli qoyuldu.
Şəxsiyyət azadlığına
humanist münasibət
Heydər Əliyevin böyük şəxsiyyət və lider kimi mühüm
keyfiyyətlərindən biri
də məhz o idi ki, günahkarı
cəzalandırmağı, şans verərək bağışlamağı, islah
etməyi də bacarırdı. Ulu öndərin humanistliyinin
nəticəsi olaraq
1995-ci ildən sonra ölkəmizdə məhkum
olunmuş şəxslərin
əfv edilməsi, bağışlanması ənənəyə
çevrildi. Şəxsiyyət azadlığına humanist münasibətin
formalaşdığı respublikamızda
1995-2003-cü illərdə Heydər Əliyev tərəfindən 32 əfv
fərmanı imzalandı
və bu, 3104 məhkuma şamil edildi.
Heydər Əliyev böyük humanistlik nümayiş etdirərək imzaladığı
əfv fərmanları
ilə 1994-1995-ci illərdə
dövlət çevrilişi
cəhdlərində iştirak
edən insanların da bir qismini
bağışladı. Həmçinin
1996-2003-cü illərdə 7 dəfə amnistiya elan edilib. Amnistiya aktları törətdiyi cinayət əməlindən səmimi
peşmançılıq hissi
keçirən 77 mindən
çox insana şamil edilib, 21 min 325 nəfər cəzasının
çəkilməmiş hissəsindən
azad olunub.
Əlavə edək ki, 1993-cü ilin iyun ayından
Azərbaycanda ölüm
hökmünün icrası
dayandırıldı. Sonrakı illərdə
bu cəzanın tamamilə ləğv olunması istiqamətində
bir sıra addımlar atıldı.
Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycanın
odövrkü Cinayət
Məcəlləsində ölüm
cəzası ilə əlaqədar olan maddələrə yenidən
baxıldı, 21 maddədən
ölüm cəzası
götürüldü. 1998-ci ildə isə
ölüm hökmü
tamamilə ləğv
edildi. Beləliklə, Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkə kimi tarixə düşdü.
Mərhəmət və
insanpərvərlik məfkurəsinə
söykənən siyasət
Ötən 15 ildə Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini
təmin edib, hər zaman mərhəmət, insanpərvərlik
və humanizm məfkurəsinə söykənib. Törətdiyi
cinayət əməlindən
səmimi peşmançılıq
keçirən, azad cəmiyyətə və
normal həyata qovuşmaq
istəyən məhkumların
əfvlə bağlı
müraciətlərini, səhhətini,
ailə vəziyyətini,
cəza çəkdikləri
müddətdə davranışlarını
nəzərə alan dövlət başçısı bayram
və əlamətdar
günlərdə imzaladığı
əfv sərəncamları
ilə onların bir qismini cəzalarının
çəkilməmiş hissəsindən
tam və ya qismən azad edib.
Bu dövrdə
Azərbaycanda həm də 4 dəfə amnistiya elan edilib. Milli Məclis 2007-ci il mayın 8-də “Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında”, 2009-cu il martın 17-də “Novruz bayramı münasibətilə
amnistiya elan edilməsi haqqında”, 2013-cü
il mayın 7-də “Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya
elan edilməsi haqqında” və
2016-cı il mayın
2-də 28 may - Respublika
Günü münasibətilə
amnistiya elan edilməsi haqqında qərarlar qəbul edib. Bütün bu amnistiya qərarlarının təşəbbüskarı
isə Heydər Əliyev Fondunun prezidenti, o zaman Milli Məclisin deputatı olan Azərbaycanın Birinci-vitse
prezidenti Mehriban xanım Əliyevadır.
15 ilin
32-ci əfvi
Prezident İlham
Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
münasibətilə əfv
olunması haqqında”
24 may tarixli sərəncamı
bir daha
Azərbaycan dövlətinin
humanist siyasət yürütdüyünü
və dövlət başçısının mərhəmət
dəyərlərinə bağlı
olduğunu göstərir.
Sərəncama əsasən
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının
xalqımızın müstəqilliyi
tarixində əlamətdar
hadisə olduğu vurğulanaraq, ümummilli
lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin
qurulmasında ümumbəşəri
dəyərlər, qanunun
aliliyi, ədalət və demokratiya ideallarına xüsusi önəm verdiyi xatırlanaraq, Heydər Əliyev siyasətinin mərhəmətlik və
humanizm ənənələrinə
sadiq qalaraq və cəzadan azad olunacaq şəxslərin
cəmiyyətə qovuşaraq
müstəqil dövlətimizin
inkişafı yolunda fəaliyyət göstərəcəklərinə
inanaraq 634 nəfər
əfv edilib.
Prezident İlham Əliyevin sonuncu əfv sərəncamı Azərbaycan
Xalq Cümhuriyyətinin
100 illiyi ərəfəsində
qohum-əqrəbası həbsdə
olan ailələrə
sonsuz sevinc bəxş etdi. Müxtəlif səbəblərdən azadlıqdan
məhrum edilərək
həbsə alınan
və artıq cəzalarının müəyyən
hissəsini çəkən,
eyni zamanda islah olunma istiqamətində
müsbət nəticələr
əldə edənlər
azad cəmiyyətə
qovuşdular. Şübhə yoxdur ki, onlar
ictimai həyatda öz yerlərini tutacaqlar. Bu, həmin insanlara bundan sonra həyatda
öz yollarını
düzgün seçməklə
bağlı verilmiş
şansdır. Bu isə dövlətimizin humanizm siyasətinin mahiyyətindən və məzmunundan doğur.
Əfv sərəncamının Respublika
Günü ərəfəsində
imzalanması xüsusilə
yüksək ovqat yaradır. Çünki həm əfvə
düşən insanlar,
həm də onların ailə üzvləri və yaxın qohumları qarşıdan gələn
bayram günlərini daha xoş əhvali-ruhiyyədə
qeyd edəcəklər.
Xatırladaq ki, bu, Prezident
İlham Əliyevin
2003-cü ildən bu vaxta qədər verdiyi sayca 32-ci əfv qərarıdır. Sonuncu sərəncamı
da nəzərə alsaq, Azərbaycan Prezidenti ötən 15 ildə 7530 nəfəri əfv edib. Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi münasibətilə
imzalanan əfv həm də müstəqillik dövrünün
ən böyük əfvidir. Ümumilikdə isə 1995-ci ildən
sonra ölkədə
64 əfv fərman və sərəncamı imzalanıb.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2018.- 26 may.- S.1; 11.