Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, bu möhtəşəm Milli Gün münasibətilə Sizi, ailənizi, Sizin simanızda bütün Azərbaycan xalqını və dövlətini Sudan hökuməti, xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Mən bu fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasındakı mövcud ikitərəfli əlaqələrdən məmnunluq hissi keçirdiyimi bildirir, aramızda olan qardaşlıq və sülh bağlarının getdikcə daha da güclənəcəyinə əminliyimi ifadə etməkdən şərəf duyuram.

Zari-aliləri, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edəsiniz.

 

Ömər Həsən Əhməd əl-Bəşir

Sudan Respublikasının Prezidenti

 

Azərbaycan.- 2018.- 26 may.- S.2.